Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi.

Çörük Qəmərli

  • Ana Səhifə
  • Vikipediya
  • Çörük Qəmərli

Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi.

Şəhər
Bolnisi
gürc. ბოლნისი
Bayraq Gerb
Bayraq Gerb
41°26′58″ şm. e. 44°32′31″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region Kvemo-Kartli
Tarixi və coğrafiyası
Əsası qoyulub 1818
Yaşayış məntəqəsi statuslu 1967
Sahəsi
  • 4,63 km²
Mərkəzin hündürlüyü 222±1 m
İqlimi subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 11.000 nəfər (2014)
Etnoxronim bolnisli
Rəsmi dili Gürcü dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 358
Poçt indeksi 1100
Digər
bolnisi.ge  (gürc.)
Bolnisi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir.

Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi.

Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi.

Fiziki-coğrafi mövqeyi

Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0,0-0,3 °C, iyulda 23,6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir.

Əhali

Gürcüstanda 2002-ci ildə aparılmış sonuncu əhali siyahıyaalmasının nəticələrinə görə şəhərin əhalisi 2.614 ailədə 9.938 nəfərdən ibarət olmuşdur .

1941-ci ildə almanların Sibir və Qazaxıstana sürgün edilərək onların yerinə gürcülərin yerləşdirilməsi və 80-ci illərin sonlarında baş vermiş milli qarşıdurma zamanı aparılmış etnik təmizləmə əməliyyatları zamanı azərbaycanlıların gürcülər tərəfindən Bolnisidən deportasiya edilməsi ilə əlaqədar olaraq şəhərin etnik mənzərəsi tam dəyişmişdir. Gürcü milliyətçilərinin azərbaycanlılara qarşı hücumları zamanı 800 azərbaycanlı ailəsi zorla öz evlərindən qovulmuş, onların bütün əmlakı və torpağı əllərindən alınmışdır. Hazırda azsaylı erməni ailələri çıxılmaqla Bolnisi yalnız gürcülərdən ibarət monoetnik şəhərə çevrilmişdir.

Mədəniyyət

Hazırda şəhərdə 3 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 2 kitabxana, 1 teatr, 1 muzey və MV adını daşıyan 1 teleşirkət fəaliyyət göstərir.

Qalereya

  • Bolnisidən bir görünüş
    Bolnisidən bir görünüş
  • Bolnisidə bir kilsə
    Bolnisidə bir kilsə
  • Bolnisinin girişi
    Bolnisinin girişi
  • Katarinenfeld (bugünkü Bolnisi, 1941)
    Katarinenfeld (bugünkü Bolnisi, 1941)
  • Alman immiqrantlar abidəsi
    Alman immiqrantlar abidəsi
  • Mədəniyyət evi
    Mədəniyyət evi
  • Bolnisi muzeyi
    Bolnisi muzeyi
  • Bolnisinin tarixi küçələrindən biri
    Bolnisinin tarixi küçələrindən biri
  • Tamaz Stepanyan adına stadion
    Tamaz Stepanyan adına stadion
  • Bolnisi bələdiyyə binası
    Bolnisi bələdiyyə binası
  • Bolnisinin xəritəsi
    Bolnisinin xəritəsi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çörük Qəmərli haqqında məlumat. Çörük Qəmərli nədir? Çörük Qəmərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1878-ci il

  • Fevral 27, 2026

    Televiziya prodüseri

  • Fevral 27, 2026

    Persey (bürc)

  • Fevral 27, 2026

    Hacıqabul rayonu

  • Fevral 27, 2026

    Bəhruz Kəngərli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst