Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baden-Vürtemberq (alm. Baden-Württemberg‎ [ˌbaːdn̩ˈvʏʁtəmbɛʁk], ) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənu

Baden-Vürtemberq

  • Ana Səhifə
  • Vikipediya
  • Baden-Vürtemberq

Baden-Vürtemberq (alm. Baden-Württemberg‎ [ˌbaːdn̩ˈvʏʁtəmbɛʁk], ) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir.

Baden-Vürtemberq
Baden-Württemberg
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

48°32′ şm. e. 9°02′ ş. u.HGYO


Ölkə
  •  Almaniya Federativ Respublikası
İnzibati mərkəz Ştutqart
Tarixi və coğrafiyası
Yaradılıb 25 aprel 1952
Sahəsi
  • 35.751,65 km²
Hündürlük
327 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 11.104.040 nəf. (2022)
Rəqəmsal identifikatorlar
ISO kodu DE-BW
Rəsmi sayt
Baden-Vürtemberq xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir.

Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir. Orta ömür gözləntisi 2016/18-ci illərdə kişilər üçün 79,7 il və qadınlar üçün isə 84,1 il olmuşdur. Hər iki göstərici ölkə əyalətləri içərisində ən yüksəyidir.

Mündəricat

Tarixi

Baden-Vürtemberq tarixi Baden, Prussiya Hohenzolern və Vürtemberq-in ərazilərindən formalaşdırılmışdır.

B.e.-nın 100-cü ilində, Roma İmperiyası Vürtemberqi işğal etmiş, və onun şimal sərhədində limes (möhkəmləndirilmiş sərhəd bölgəsi) inşa etmişlər. B.e.-nın üçüncü əsri ərzində Alemanlar Romalıları məğlub edərək, onları Reyn və Dunay çaylarından qərb yönündə kənara çəkilməyə məcbur etmişlər. B.e.-nın 496-cı ilində, Alemanlar I Xlodviq-in rəhbərliyi ilə Franklar tərəfindən məğlub edilir.

Müqəddəs Roma İmperiyası bundan sonra qurulmuşdur. Burada yaşayan insanların əksəriyyəti Roman katolikləri olmuşdurlar və hətta bu protestant Reformasiyasının şimali Almaniyaya təsirindən sonra da davam etmişdir.

19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində, bu əyalətdən əsasəndə kəndlərdən olan bir çox insanlar ABŞ-yə və digər ölkələrə köçmüşdür.

Coğrafiyası

Baden-Vürtemberq-in Almaniyanın digər əyalətləri Reynland-Pfalts, Hessen və Bavariya və eləcə də Fransa (Qrand Est regionu) və İsveçrə (Bazel-Landşaft, Bazel-Ştadt, Arqau, Sürix, Şafhausen və Turqau kantonları) ilə sərhədləri vardır.

Əyalətin bir çox əsas şəhərləri Nekkar çayı sahilində yerləşir. Çay cənub-qərbdən əvvəl mərkəzə, sonra isə şimal-qərb yönündə axmaqla Tübingen, Ştuttqart, Haylbron, Haydelberq və Manhaym şəhərlərindən keçir.

Reyn çayı əyalətin ´qərb sərhəddini eləcə də cənub sərhəddinin əsas hissəsini formalaşdırır. Qara Meşə (alm. Schwarzwald [Şvartsvald]) əyalətin əsas dağ sırasıdır. Eləcə də, Dunay çayı başlanğıcını bu əyalətdən götürür.

  • Yuxarı Reyn Düzənliyi boyunca Şimali Qara Meşə-nin görünüşü
    Yuxarı Reyn Düzənliyi boyunca Şimali Qara Meşə-nin görünüşü
  • Qara Meşə-nin Kiçik Visental bələdiyyəsinin görünüşü
    Qara Meşə-nin Kiçik Visental bələdiyyəsinin görünüşü
  • Hohenştaufen-də əhəngdaşı qayaları
    Hohenştaufen-də əhəngdaşı qayaları
  • Boden gölü-nün landşaftı
    Boden gölü-nün landşaftı

Əhalisi

Baden-Vürtemberqin əhalisi 10,486,660 nəfər təşkil edir (2014). Bunlardan 5,354,105 nəfəri qadın və 5,132,555 nəfəri kişidir. 2006-da, doğum səviyyəsi 1000 nəfərə 8,61 nəfər olmuşdur ki, bu da ölüm səviyyəsinə — 1000 nəfərə 8,60 nəfər — çox yaxın olmuşdur. Əhalinin 14,87%-i 15 yaşın altında, 18,99%-i isə 65 və üzəri yaşda olmuşdur (2008).

Xaricilər

1 yanvar 2020-ci il tarixinə görə, əyalətin xarici sakinləri ən çox aşağıdakı ölkələrdəndirlər:

Türkiyə253,995
İtaliya184,555
Rumıniya156,325
Xorvatiya122,835
Polşa85,620
Yunanıstan82,135
Suriya81,260
Kosovo62,615
Macarıstan52,450
Bolqarıstan44,770

İqlimi

1881–2019 zaman aralığında orta qiymətlərlə ən isti ay, il və fəsillər.

1881–2019 illəri ərzində 10 ən isti illər
Sıralama İl Temperatur °C
1 2018 10,38
2 2014 10,14
3 2015 9,89
4 1994 9,88
5 2019 9,87
6 2000 9,71
7 2011 9,64
8 2002 9,55
9 2007 9,47
10 2003 9,45

1881–2019 zaman aralığında orta qiymətlərlə ən soyuq ay, il və fəsillər.

1881–2019 illəri ərzində 10 ən soyuq illər
Sıralama İl Temperatur °C
1 1956 6,66
2 1887 6,74
3 1940 6,82
4 1888 6,96
5 1963 6,99
6 1890 7,03
7 1962 7,09
8 1941 7,10
9 1889 7,11
10 1931 7,18


1881–2019 illəri ərzində uyğun olaraq ən isti aylar

İl Ay İl Fəsil
Yan. Fev. Mart Aprel May İyun İyul Avq. Sen. Okt. Noy. Dek. Qış Yaz Yay Payız
İl 2018 1966 1994 2018 1917 2003 2006 2003 1961 2001 1994 2015 2018 2006/

2007

2007 2003 2006
Maksimum 4,33 5,63 7,66 12,50 15,55 20,86 21,78 21,73 16,62 12,31 7,59 5,14 10,38 3,78 10,51 20,56 11,55

1881–2019 illəri ərzində uyğun olaraq ən soyuq aylar

İl Ay İl Fəsil
Yan. Fev. Mart Aprel May İyun İyul Avq. Sen. Okt. Noy. Dek. Qış Yaz Yay Payız
İl 1940 1956 1883 1903 1902 1923 1919 1912 1912 1905 1921 1890 1956 1962/

1963

1970 1913 1912
Minimum -7,79 -10,19 -0,81 4,22 8,28 11,27 13,81 13,37 8,25 3,65 -0,44 -5,51 6,66 -5,43 5,82 14,38 5,46

Əsas şəhərlər

  • Ştutqart
  • Manhaym
  • Haydelberq
  • Karlsrue
  • Konstanz
  • Kalv
  • Lüdviqsburq
  • Esslingen a.N.
  • Baden-Baden
  • Frayburq-im-Braysqau
  • Tübingen
  • Haylbronn
  • Ulm

Bayraq

Həmçinin bax

  • Aax (Baden-Vürtemberq)
  • Ostrax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baden-Vürtemberq haqqında məlumat. Baden-Vürtemberq nədir? Baden-Vürtemberq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şərqi Timor

  • Fevral 25, 2026

    Noumen

  • Fevral 24, 2026

    Əl-Xəlil

  • Fevral 23, 2026

    Nitra

  • Fevral 25, 2026

    Kemper

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst