Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mük

Çimnaz Babayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Çimnaz Babayeva

Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).

Çimnaz Babayeva
Doğum tarixi 23 dekabr 1946
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 dekabr 2019 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti balerina, pedaqoq
Fəaliyyət illəri 1964-cü ildən
Təhsili Bakı Xoreoqrafiya Məktəbi (1964)
Teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19781978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1970 Azərbaycan SSR Dövlət mükafatı — 19741974

Mündəricat

Həyatı

Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.

Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir.

Yaradıcılığı

Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.

Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar:

PartiyaƏsərMüəllif
ŞirinMəhəbbət əfsanəsiArif Məlikov
AyişəYeddi gözəlQara Qarayev
Sariİldırımlı yollarlaQara Qarayev
QızŞurFikrət Əmirov
Nəsiminin sevgilisiNəsimi dastanıFikrət Əmirov
GülyanaqQız qalasıƏfrasiyab Bədəlbəyli
JizelJizelAdolf Adan
XanımXanım və xuliqanDmitri Şostakoviç
KitriDon KixotLüdviq Minkus

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə
  • Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə

Ədəbiyyat

  • Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. 623 стр. с илл.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. 609 с.
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh. ISBN 978-9952-441-05-5.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. 864 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çimnaz Babayeva haqqında məlumat. Çimnaz Babayeva nədir? Çimnaz Babayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zərdab rayonu

  • Fevral 27, 2026

    Canyataq

  • Fevral 26, 2026

    Kirena məktəbi

  • Mart 01, 2026

    Capsella rubella

  • Fevral 27, 2026

    Uaqaduqu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst