Neonasizm (q.yun. νέος – yeni, nasizm) — İkinci Dünya müharibəsindən sonra nasional sosialist görüşlər kəsb edən və ya özlərini Nasional Sosialist Alman Fəhlə Partiyasının (abr. NSAFP) davamçıları elan edən siyasi ideologiyalara və sosial hərəkatlara verilən ümumi ad. Neonasistlər öz ideologiyalarından nifrət təşviq etmək və azlıqlara hücum etmək, bəzi hallarda isə faşist bir dövlət qurmaq üçün istifadə etmək arzusundadırlar. Bu, qlobal bir ideologiyadır və çoxlu ölkələrdə nümayəndəlik edən təşkilatları var.
Neonasizm nasist doktrinasındakı ultramilliyətçilik, irqçilik, ksenofobiya, eyblizm, homofobiya, antiqaraçıçılıq, antisemitizm, antikommunizm və Dördünü Reyxin təsis edilməsi kimi elementləri özünə götürür. Holokostun inkarı, nasist simvollardan istifadə və Adolf Hitlerin məftunluğu neonasistlər arasında populyardır. Bunun səbəbi bir çox ölkələrdə nasist skinhedlərin saylarının çoxalmasıdır.
Bəzi Avropa və Latın Amerikası ölkələrində nasist, irqçi, antisemit və homofob görüşlərin ictimai şəkildə ifadə edilməsi qadağa edən qanunlar qəbul edilmişdir. Bəzi Avropa ölkələrində nasist simvollardan istifadə qadağan edilmişdir.
Termin və ideologiya
Neonasizm termini İkinci Dünya müharibəsindən sonra fəaliyyət göstərmiş və nasizm ideologiyasını qismən və ya tamamilə canlandırmağı diləyən hər bir hərbi, sosial və ya siyasi hərəkata aid edilir. Neonasizm ultrasağçılığın bir növü hesab edilir. Neonasistlərin üstün irq adlandırdığı irq aryan irqidir. Onların əv sevmədiyi irq ərəblər və yəhudilərdir. Onlar yəhudiləri "dünyanın fəthindən sonra bütün millətlərin və ənənələrin məhv olduğu çoxirqli bir dünyanın memarları" hesab edirlər.
Ekologiya və envayromentalizm
Neonasizm ümumilikdə özünü envayromentalizmin dərin ekologiyanı, sağlamlıq hərəkatlarını və heyvan proteksionizmini dəstəkləyən qan və torpaq variasiyası ilə bir cərgəyə düzür. Bəzən "ekofaşizm" adlanan bu tendensiya Rixard Darre tərəfindən orijinal alman nasional sosializmində təmsil edilmişdir.
Həmçinin bax
|
|
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Neonasizm haqqında məlumat. Neonasizm nədir? Neonasizm nə deməkdir?