Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri,

Mustafa Çamran

  • Ana Səhifə
  • Vikipediya
  • Mustafa Çamran

Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir

Mustafa Çamran
fars. مصطفی چمران ساوهای‎
Doğum tarixi 8 mart 1932(1932-03-08)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 20 iyun 1981(1981-06-20) (49 yaşında)
Vəfat səbəbi bilinmir
Dəfn yeri
  • Behişti-Zəhra
Uşağı 4
Təhsili
  • Tehran Universiteti,
  • Berkli Kaliforniya Universiteti,
  • Ostin Texas Universiteti
Fəaliyyəti siyasətçi, fizik, zabit
Partiyası
  • İran Azadlıq Hərəkatı[d]
chamran.ir/index.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Doğumu

8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü

Təhsili

Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi.

Kitabları

Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır. Yazdığı kitablar müxtəlif dillərə tərcümə olunmuşdur. “Biz və Allah” və “Ruhun hikmətlə yüksəlməsi” kitabları türk dilinə tərcümə edilərək nəşr edilmişdir. Öz elm sahəsinə dair bir neçə kitab və məqalə də yazmışdır. “Hərəkət və elektrostatik yükə əsaslanan inteqrator” (An integrator based on motion and electrostatic charge) onun dərc olunmuş magistrlik dissertasiyasına aiddir.

Siyasi mübarizəsi

Orta təhsili dövründə İslam mübarizəsi ilə tanış oldu. Fəlsəfə doktoru alarkən Müsəlman Tələbələr Birliyini qurdu və lideri oldu. Təhsilini başa vurduqdan sonra İrana qayıtdı. 1963-cü ildə İranda meydana çıxan “15 Xordad Üsyanı”na qoşuldu. Hadisədən sonra Misirə getməli olur, burada Fələstinin mübarizəsi ilə maraqlandı və partizan təhsili aldı. 1970-ci ildə Livana getdi. Musa əs-Sədrlə görüşdü və imperializm və sionitlərə qarşı İslami mübarizələrdə iştirak etmişdir. Musa Sədr ilə birlikdə “Əməl” təşkilatını yaratmaq üçün çalışdı. İran İslam İnqilabından sonra Livandan İrana qayıtdı və İslam İnqilabı Keşikçiləri Korpusunun təşkilatlanmasına rəhbərlik etmişdir. İran-İraq müharibəsi başlayanda müharibəyə qoşuldu. Cəbhədə pastar komandiri kimi xidmət etmişdir.

Öldürülməsi

21 iyun 1981-ci ildə İranın cənubundakı Dehleviye bölgəsində həyata keçirilmiş bir əməliyyat zamanı öldürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mustafa Çamran haqqında məlumat. Mustafa Çamran nədir? Mustafa Çamran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müqayisəli anatomiya

  • Fevral 27, 2026

    Mətbəx

  • Fevral 27, 2026

    Məhəmməd Əmani

  • Fevral 27, 2026

    Kəbudər Ahəng

  • Fevral 28, 2026

    Sarıyaqub

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst