Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mannalar Madaylar Atropatidlər Atropatena Arşakiləri Sacilər Şəddadilər Rəvvadilər Şirvanşahlar Səlcuqlular Elxanlılar CəlayırlarQaraqoyunlularAğqoyunlularSəfəv

Dop sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Dop sülaləsi

Azərbaycan sülalələri

Şah sülalələri

Mannalar
Madaylar
Atropatidlər
Atropatena Arşakiləri
Sacilər
Şəddadilər
Rəvvadilər
Şirvanşahlar
Səlcuqlular
Elxanlılar
Cəlayırlar
Qaraqoyunlular
Ağqoyunlular
Səfəvilər
Əfşarlar
Qacarlar

Knyaz sülalələri

Sünik
Arranşahik
Alban Arşakiləri
Mehranilər
Dəfnə sülaləsi
Həsən-Cəlalyanlar

Xan sülalələri

Cavanşirlər
Ziyadoğlular sülaləsi
Bayatlar
Qaradağlılar
Müqəddəmlər
Şahsevənlər
Şəqaqilər
Dünbililər
Kəngərlilər
Xançobanlılar
Bakıxanovlar
Qara Keşiş nəsli
Xoyskilər

  • bax
  • müzakirə
  • redaktə

Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar.

Mündəricat

Tarixi

Xudavəng monastır kompleksinin əsas kilsə binası Dop sülaləsinin ibadət kilsəsi olmuşdur.1214-cü ildə Aterk hakimi Vaxtanq Taqavoraznın xanımı Arzuxatunun sifarişi ilə daha bir kilsə binası əlavə olunmuşdu.

Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir.

Dop sülaləsindən olan Zod məliklərinin malikanəsinin yerləşdiyi Göyçə mahalının Böyük Məzrə kəndində 881-ci ildə alban knyazı Qriqor Nerenin məzarı üzərində ucaldılmış stella

Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi.

Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur. Mənbələrdə "Kiçik Sünikin – Xandaberd və Akanın, yüksək Qeqam dağlarının, Zoddan Şoxaqa qədər ərazilərin hakimi" adlandırılan II Qrioq Dopun ölümündən sonra Dop sülaləsinin siyasi təsir gücü zəifləyir.

Knyaz III Həsən 1386-cı ildə oğlanları ilə birgə Azərbaycana yürüş edən Əmir Teymura qarşı döyüşdə öldürülmüşdü. Lakin Teymurilər Dop sülaləsinin knyazlıq hüququnu saxlamışdı.

1430-cu illərdə Dop sülaləsinin nümayəndələri Azərbaycanda hakimiyyətə gəlmiş Qaraqoyunlu xanədanı tərəfindən əsir alınmışdı. III Həsənin nəvəsi knyaz Aytin Qaraqoyunlu hakimlərinə böyük məbləğdə bac ödəyərək öz ərazilərinin bir hissəsində hakimlik hüququnu qaytarmışdı.

XV əsrin ortalarında Qafqazın çəkişmələr meydanına çevrildiyi dövrdə Yuxarı Xaçın ərazisi də üç məlikliyə parçalandı. Dop sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları məlik sülalələrinin simasında varlığını davam etdirmişdir. Ulubəyoğulları sülaləsi sonradan Qeqarqunik hakimləri olan, daha sonra isə Vərəndə məliyi hüququnu əldə edən Məlik-Şahnəzərov nəslinə başlanğıc vermişdir.

Dop sülaləsindən olan knyazlar

  • I Həsən (Dop xatunla birgə)
  • I Qriqor Dop
  • II Həsən
  • II Qriqor Dop

II Qriqorun ölümündən sonra Dop sülaləsinin hakimiyyəti zəifləyir və sülalə Xaçın knyazları olan Həsən-Cəlalyan sülaləsinin təsiri altına düşür.

  • III Həsən
  • Vəqram (oğlu Qriqor və qardaşı oğlanları Seyti və Dursunla birgə)
  • I Doğan
  • Mirzəcan

XV əsrin sonunda Dop sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları nəsillərinə parçalandı. Ulubəyoğulları sülaləsindən Qeqarqunik və Vərəndə hakimləri olan Məlik-Şahnəzərov nəsli başlanğıc almışdı.

Digər nümayəndələri

Sotk məlikləri

Arakel Təbrizli - «Tarix», VIII
Tiflisdən çıxan şah, Geqam havarına gəldi və şah ordusu burada düşərgə saldı, Şah Abbas özü isə Məzrə kəndində, yerli sakin erməni məlik Şahnəzərin evində qaldı. Hakim sülalədən olan və xristian inamı daşıyan məlik Şahnəzər şahı qonaqpərvərlik və mehribanlıqla qarşıladı; o başqa cür idi, şaha daha yaxşın idi və şahın hörmətini qazanmışdı. Buna görə də, sevinən şah, ona nəcib və şərəfli geyim xələt verdi, onu həmin havarın məliyi kimi təsdiq etdi. Və etibarlı bir fərman yazdı, möhürünü basdı və ona verdi ki, həmin ərazilər dəyişilməz olaraq ona və nəsilbənəsil ondan sonra gələn varislərinə məxsus olsun.

Sotk məliklərinin malikanəsi Böyük Məzrə kəndində yerləşirdi.

  • Şahənşah (III Həsənin oğlu)
  • Saytun (Seyti) – XV əsrin əvvəlləri
  • Ulubəy

Ulubəyin adı ilə nəslin ondan sonrakı nümayəndələri Ulubəyoğulları (erməni dilinə uyğunlaşdırılmış Ulubəyants) soyadını daşıyırdılar.

  • Mirzəcan – 1502-ci ildən
  • Məlikbəy – 1580-ci ilə kimi
  • Şahnəzər
  • Övri – 1621-ci ildə vəfat edib.
  • Kamal
  • Astvaçapov – 1650-ci ilə kimi
  • Məlikbəy – 1670-ci ilə kimi
  • Şahnəzər – XVII əsrin sonları

Vərəndə məlikləri

Vərəndə məliklərinin malikanəsi Xocalı rayonunun Çanaqçı kəndində yerləşir.

  • Mirzə bəy – XVI əsrin sonları, Sotk hakimi Şahnəzərin qardaşıdır.
  • I Məlik Baqi
  • I Şahnəzər
  • II Məlik Baqi
  • Məlik Hüseyin – 1736-cı ildə vəfat edib.
  • Hovsep
  • II Məlik Şahnəzər

Həmçinin bax

П: "Qafqaz Albaniyası" portalı
  • Xaçın knyazlığı
  • Vərəndə mahalı
  • Qafqaz Albaniyası
  • Həsən-Cəlalyan sülaləsi
  • Qafqaz Albaniyası hökmdarlarının siyahısı
  • Kəlbəcər rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dop sülaləsi haqqında məlumat. Dop sülaləsi nədir? Dop sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yaraş

  • Fevral 27, 2026

    Folk rok

  • Fevral 27, 2026

    Hellovin

  • Fevral 27, 2026

    Basketbol topu

  • Fevral 27, 2026

    Fransalı Mariya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst