Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Patna(hind. पटना, urdu پٹنہ, ing. Patna) — Hindistanın şimal hissəsində yerləşən şəhərdir, Qanq çayı üzərində limanı olan və Bihar ştatının paytaxtıdır. Dünyanı

Patna

  • Ana Səhifə
  • Vikipediya
  • Patna

Patna(hind. पटना, urdu پٹنہ, ing. Patna) — Hindistanın şimal hissəsində yerləşən şəhərdir, Qanq çayı üzərində limanı olan və Bihar ştatının paytaxtıdır. Dünyanın fasiləsiz məskunlaşmış ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Müasir Patna Qanq çayının cənub sahilində yerləşir; burada Qanq Qhaqhara, Son və Qandak çaylarının sularını birləşdirir. Əhalisi 2011-ci ilə görə 2 046 652 nəfərdir. Şəhərin uzunluğu 25 km, eni isə 10 km-ə qədərdir. Tekstil və qida sənayesi, eləcə də sənətkarlıq sahələri inkişaf etmişdir. Şəhərdə universitet, şəhər tarixi muzeyi, incəsənət və arxeologiya muzeyi (Bihar Muzeyi) fəaliyyət göstərir.

Patna
पटना
Pataliputra
Pataligrama
Kusumapura
25°36′36″ şm. e. 85°08′29″ ş. u.HGYO
Ölkə
  •  Hindistan
Tarixi və coğrafiyası
Sahəsi
  • 99,45 km²
Mərkəzin hündürlüyü 58 ± 1 m
Əhalisi
Əhalisi
  • 1.684.222 nəf. (2011)
Rəsmi dili
  • Hind dili,
  • Maythili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 612
Poçt indeksi 800001
Digər
patna.nic.in
Xəritəni göstər/gizlə
Patna xəritədə
Patna
Patna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Patna — Pataliputra adı ilə tanınan, Nanda, Mauriya, Şunqa və Qupta imperiyalarının paytaxtı olmuşdur və öz dövrünün möhtəşəm şəhəri sayılırdı. Şəhər Qanq və Son çaylarının qovuşduğu yerdə yerləşirdi. Pataliputra həmçinin təhsil və təsviri incəsənət sahəsində məşhur mərkəz idi. Mauryalar dövründə (təxminən e.ə. 300-cü illərdə) əhalisi 400 000 nəfərə yaxın idi. E.ə. IV əsrdə Yer üzünün ən böyük şəhəri olmuş, XV əsrdə Viçayanagarın yüksəlişinə qədər Hindistan yarımadasının və Cənubi Asiyanın ən böyük şəhəri olaraq qalmışdır.

Buddist, hindu və caynist zəvvarlar yaxınlıqda yerləşən Vaişali, Racgir, Nalanda, Bodh-Qaya və Pavapuri şəhərlərinə, eləcə də Patnaya üz tuturdular. Patna həmçinin sikhlər üçün müqəddəs şəhərdir, çünki burada sikhlərin onuncu və sonuncu guru­su Qobind Sinqh anadan olmuşdur. Şəhər bu bölgədə istənilən istiqamətə gedən yol üzərində ideal keçid məntəqəsi hesab olunurdu. Şəhərdə və onun ətrafında yerləşən qədim abidələr onun şöhrətli keçmişinin şahidləridir.

Ştat paytaxtı statusu və tarixi əhəmiyyətindən əlavə, Patna həm də iri təhsil və tibb mərkəzidir. Yerli əhali tərəfindən “Patna Siti” adlandırılan, divarlarla əhatə olunmuş köhnə şəhər hissəsi mühüm ticarət mərkəzi sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Patna haqqında məlumat. Patna nədir? Patna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Alternativ enerji

  • Fevral 25, 2026

    Əminə Dilbazi

  • Fevral 26, 2026

    Mazandaranlılar

  • Fevral 27, 2026

    Bakteriologiya

  • Fevral 27, 2026

    Əncümən

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst