Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu

Əminə Dilbazi

  • Ana Səhifə
  • Vikipediya
  • Əminə Dilbazi

Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959).

Əminə Dilbazi
Doğum tarixi 26 dekabr 1919
Doğum yeri Qazax, Qazax qəzası, Gəncə quberniyası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi 30 aprel 2010 (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Cövdət Hacıyev
Uşaqları
  • İsmayıl Hacıyev,
  • Pərvin Muradova-Dilbazi
Fəaliyyəti rəqqasə, baletmeyster, pedaqoq
Fəaliyyət illəri 1935-ci ildən
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19591959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954
  • "İstiqlal" ordeni — 19991999
  • "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Əminə Dilbazi

Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin əmisi qızı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində 90 yaşında vəfat etmişdir.

Fəaliyyəti

Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954
  • "İstiqlal" ordeni — 25 dekabr 1999
  • "Xalqlar Dostluğu" ordeni
  • "Şərəf nişanı" ordeni
  • Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalının qızıl medalı — 1957
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

  • Axşam konserti (film, 1948)
  • Arşın mal alan (film, 1965)
  • Beş dəqiqəlik konsert (film, 1941)
  • Əminə Dilbazinin rəqsləri (film, 1961)
  • Əzablı yollar (film, 1982)
  • Tənha bülbülün rəqsi (2003)
  • Xalq Yaradıcılığı Festivalı (film, 1937)
  • Qəzəlxan (film, 1991)
  • Mən mahnı qoşuram (film, 1979)
  • O olmasın, bu olsun (film, 1956)
  • Payız konserti (film, 1962)
  • Prima (film, 1994)
  • Sevinc (film, 1968)
  • Suvenir (film, 1972)
  • Ulduz (film, 1964)
  • Zəlimxan dastanı (film, 2007)

Həmçinin bax

  • Afaq Məlikova
  • Rəfiqə Axundova
  • Mirvarid Dilbazi
  • Cövdət Hacıyev
  • İsmayıl Hacıyev (bəstəkar)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əminə Dilbazi haqqında məlumat. Əminə Dilbazi nədir? Əminə Dilbazi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qoyun

  • Fevral 24, 2026

    18 dekabr

  • Fevral 20, 2026

    Şəhər

  • Fevral 24, 2026

    Bantu dilləri

  • Fevral 23, 2026

    Repozitoriya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst