Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nelli Blay (ing. Elizabeth Jane Cochran; 5 may 1864 və ya 1865 – 27 yanvar 1922[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı jurnalist, yazıçı, sahibkar.

Nelli Blay

  • Ana Səhifə
  • Vikipediya
  • Nelli Blay

Nelli Blay (ing. Elizabeth Jane Cochran; 5 may 1864 və ya 1865 – 27 yanvar 1922[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı jurnalist, yazıçı, sahibkar.

Elizabet Ceyn Kokran
ing. Elizabeth Jane Cochran
Digər adı Nelli Blay
Doğum tarixi 4 may 1864
Doğum yeri ABŞ, Pensilvaniya
Vəfat tarixi 27 yanvar 1922 (57 yaşında)
Vəfat yeri ABŞ, Nyu-York
Vəfat səbəbi sətəlcəm
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Robert Simon
Atası Maykl Kokran
Anası Meri Ceyn Kokran
Milliyyəti amerikalı
Fəaliyyəti jurnalist, yazıçı, sahibkar
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı.

Mündəricat

Həyatı

Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, soyadının sonuna "e" artıraraq "Kokrane" etmişdir. 1790-cı illərdə İrlandiyada Amerikaya köç edən ailənin qızıdır. Anası Meri Ceyn Kokran Maykl Kokranın ikinci həyat yoldaşı idi. İlk evliliyindən 10 uşağı olan M. Kokranın, 2-ci evliliyindən 5 uşağı oldu və Nelli Blay 3-cü uşaq idi. 1870-ci ildə atasının ölümündən sonra Nellinin ailəsi maddi cəhətdən çətinlik çəkməyə başladı. O, İndianada təhsil aldığı məktəbdən 1879-cu ildə məzun oldu.

Karyerası

Nelli 18 yaşında olarkən "The Pittsburgh Dispatch" qəzetində nəşr olunan və qadınların yerinin ev olduğu, qadının iş həyatında olmasının canavarlıq olduğu kimi cinsiyyətçi ifadələrin yazıldığı məqaləyə cavab olaraq yazdığı məktub qəzet rəhbərlərinin diqqətini çəkdi və Nelliyə həmin qəzetdən iş təklifi gəldi. O, bu təklifi qəbul etdi və qəzetin ilk qadın müxbiri oldu. Həmçinin o, bu ərəfədə Nelli Blay ləqəbini istifadə etməyə başladı. Nelli Blay qadınların iş həyatında üzləşdikləri pis şərtləri üzə çıxarıb xəbər hazırlamaq üçün bir işçi ilə yer dəyişdirmiş və bu kimi metodlarla məşhur olmuşdu. Lakin qadın olduğu üçün Nellidən moda, dekorasiya kimi mövzularda məqalələr yazmaq tələb olunduğu üçün Nelli işdən çıxdı. Qəzet üçün Meksikaya gedib, bu ölkə haqqında məqalə yazmaq təklifi qəbul ediləndə altı aylıq Meksikaya getdi. Məqalələrinin birində Meksika hökuməti əleyhinə tənqidi fikirlər bildirən bir jurnalistin həbs olunmasına qarşı çıxdığı üçün deportasiya edilərək Amerikaya qayıtdı. 1888-ci ildə Meksika ilə bağlı məqalələrini kitab şəklində çap etdi.

ABŞ-yə qayıtdıqdan sonra Nyu-York köçdü və Cozef Pulittserin "New York World" qəzeti üçün işləməyə başladı. Bu qəzetdəki ilk işi "psixi xəstə qadın" qiyafəsində Blekvell Qadın Psixiatriya Xəstəxanasına daxil olub, içəridəki vəziyyəti müşahidə etməli idi. Ruhi depresiyada olan amneziya xəstəsi kimi hərəkət eləyərək həkimləri aldatmağı bacardı və xəstələrin pis şəraitini üzə çıxardan "Dəlilər evində 10 gün" adlı məqaləsi ilə sensassiya yaratdı. Ruhi Xəstəxanada yaşadıqları daha sonra kitab şəklində çap olundu. Günümüzdə tənqid olunan Sarı jurnalistika konsepsiyasını üzə çıxaran mübahisələrin də başlanğıcı oldu.

Jül Vernin "Səksən gün dünya ətrafında" əsərindən ilham alan Nelli 14 oktyabr 1889-cu ildə 24.889 mil (40.071 km) dünya səyahətinə başladı. Səyahətini 72 gün 6 saat 11 dəqiqə sonra başa vuran jurnalist səyahəti dövründə Fransanın Amyen şəhərində Jül Vern ilə tanış oldu.

1895-ci ildə milyonçu sənayeçi Robert Simon ilə evləndi və bununla da Elizabet Ceyn Kokrane Simon oldu. Artıq hər yerdə tanındığı üçün jurnalistikanı buraxan Blay həyat yoldaşının ölümündən sonra "Iron Clad Manufacturing Co." adlı şirkətə rəhbərlik etdi. İşçilər üçün idman zalı, kitabxana, sağlamlıq xidməti təqdim etmək kimi o vaxta qədər görünməmiş sosial islahatlar həyata keçirib. Maddi cəhətdən problemlər yaşamağa başlayanda yenidən junalistikaya qayıtdı. 1920-ci ildə "New York Journal" üçün işləməyə başladı. İki il sonra, yəni 1922-ci il yanvarın 22-də sətəlcəmdən dünyasını dəyişdi.

Həmçinin

  • Sarı jurnalistika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nelli Blay haqqında məlumat. Nelli Blay nədir? Nelli Blay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Xosrov

  • Fevral 27, 2026

    Xalxal (Ərdəbil)

  • Fevral 27, 2026

    Gürcü milliyətçiliyi

  • Fevral 27, 2026

    Hüseynağa Hacıbababəyov

  • Fevral 27, 2026

    Memento mori

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst