Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəzail Rəhim oğlu Ağamalı (Ağamalıyev) (26 avqust 1947, Şıxlar, Sisian rayonu – 9 fevral 2026, Ankara) — Azərbaycan ictimai-siyasi xadimi və tarixçisi, tarix el

Fəzail Ağamalı

  • Ana Səhifə
  • Vikipediya
  • Fəzail Ağamalı

Fəzail Rəhim oğlu Ağamalı (Ağamalıyev) (26 avqust 1947, Şıxlar, Sisian rayonu – 9 fevral 2026, Ankara) — Azərbaycan ictimai-siyasi xadimi və tarixçisi, tarix elmləri doktoru, professor, Ana Vətən Partiyasının sədri (1990–2026), Azərbaycan Respublikası Milli Məclisinin I–VI çağırış deputatı (1995–2024), Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və nazir səlahiyyətlərinin müvəqqəti icraçısı (1993–1994).

Fəzail Ağamalı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
24 noyabr 1995 – 23 sentyabr 2024
Seçki dairəsiI — 39 saylı Sumqayıt ikinci
II — 30 saylı Yevlax
III, IV, V və VI çağırış — 60 saylı Salyan-Neftçala
Ana Vətən Partiyasının sədri
24 noyabr 1990 – 9 fevral 2026
ƏvvəlkiVəzifə təsis edilib
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini
12 yanvar 1993 – 17 avqust 1994
NazirAkif Kərimov
Azərbaycan Respublikası sosial təminat nazirinin müavini
21 oktyabr 1992 – 17 dekabr 1992
NazirLidiya Rəsulova
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1947(1947-08-26)
Doğum yeri
  • Şıxlar, Sisian rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 9 fevral 2026(2026-02-09) (78 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Ramana
Partiya
  • Ana Vətən Partiyası (1990–2026),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1990)
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi (1966–1971)
Fəaliyyəti siyasətçi
Uşağı 3
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni — 20172017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20222022 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Sodrujestvo" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.

9 fevral 2026-cı ildə Ankarada vəfat edib. 10 fevralda Sabunçu rayonu Ramana qəbiristanlığına dəfn olunub.

Ailəli idi, 3 övladı (Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı) var.

Siyasi Fəaliyyəti

Erkən fəaliyyəti

1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulmuş, onun nizamnamə və proqramının hazırlanmasında, təşkilatın formalaşmasında fəal iştirak etmişdir. AXC-nin 1989-cu ilin iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak etmiş və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilmişdir. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərmiş, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa vermişdir.

1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratmış və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilmişdir.

1992-ci il martın 9-da AXC-nin qərargahında keçirilən Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında bəyanat vermiş, 1993-cü ildə ölkədəki mürəkkəb situasiyanın fonunda geniş xarakter alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir.

Nazirlər kabinetində

1992-ci ilin oktyabr–dekabr aylarında Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini olmuş və nazir səlahiyyətlərini müvəqqəti icra etmişdir. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, əmək və əhalinin sosial müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.

Parlamentdə

Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

Elmi fəaliyyəti

Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını almışdır.

Əsərləri

Fəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur. 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları çapdan çıxmışdır.

Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.

Təltifləri

2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan "Sodrujestvo" ordeni ilə təltif olunmuşdur.

25 avqust 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

25 avqust 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

ABŞ-nin Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı idi. Daha sonra bu statuslardan imtina edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəzail Ağamalı haqqında məlumat. Fəzail Ağamalı nədir? Fəzail Ağamalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Paeoniaceae

  • Fevral 27, 2026

    Sosialist iqtisadiyyat

  • Fevral 27, 2026

    GP3

  • Fevral 27, 2026

    Letizia Ramolino

  • Fevral 27, 2026

    Ulduz kataloqu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst