Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.
| Tarixi Azərbaycan əraziləri | |
| ŞIXLAR | |
|---|---|
| Ümumi məlumatlar | |
| Bölgə | Zəngəzur mahalı |
| İndiki adı | Qızılşəfəq |
| Adının dəyişdirilmə tarixi | 2.3.1940 |
| Sahəsi |
|
| Əhalisi |
|
| Saat qurşağı |
|
| Xəritədə yeri | |
![]() Şıxlar | |
Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.
Tarixi
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında qeyd edilmişdir.
1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır..
Mədəniyyəti
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir.
Əhalisi
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 – cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 – cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
1988-ci ildə kəndin əhalisi Ermənistan SSR tərəfindən deportasiya edilmişdir.
Tanınmış şəxsiyyətləri
- Bəhman Hacıyev — texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar mühəndisi.
- Fəzail Ağamalı — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tаriх еlmləri dоktоru, prоfеssоr.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şıxlar (Qarakilsə) haqqında məlumat. Şıxlar (Qarakilsə) nədir? Şıxlar (Qarakilsə) nə deməkdir?
