Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi.
| Şəhər | |||
| Cefferson-Siti | |||
|---|---|---|---|
| ing. Jefferson City | |||
| |||
| |||
| 38°34′36″ şm. e. 92°10′25″ q. u.HGYO | |||
| Ölkə | | ||
| Region | Missuri | ||
| Başçı | Karri Terqin | ||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1821 | ||
| Sahəsi | 37.58 km² | ||
| Mərkəzin hündürlüyü | 630 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi | 43,079 nəfər (2010) | ||
| Sıxlığı | 1,198.3 nəf./km² | ||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +1 573 | ||
| Poçt indeksi | 65101-65111 | ||
| Digər | |||
| jeffersoncitymo.gov | |||
![]() Cefferson-Siti ![]() Cefferson-Siti | |||
Əhalisi
Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min).
Coğrafiyası
Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda).
Tarixi
Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir. 1830-cu illərdən burada Almaniyadan gəlmələr sürətlə məskunlaşmışlar. 1993-cü ildə baş vermiş daşqın nəticəsində güclü dağıntılara məruz qalmışdır.
Memarlığı
Linkoln Universiteti [ 1866, əsası Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) veteranları – afroamerikalılar tərəfindən qoyulmuşdur], Missuri ştatı muzeyi (italyan renessansı üslubunda tikilmiş Kapitoli binasında, 1911–18), Missuri ştatının hərb tarixi muzeyi, Kristofer Mausun evi (1854) var. Hər il caz festivalı keçirilir (1994-cü ildən, sentyabrda).
Sənayesi
Cefferson-Sitinin işləyən əhalisinin 60%-dən çoxu (təqribən 17 min nəfər; 2005) ştatın inzibati idarələrində, aqlomerasiyada işləyənlərin təqribən 10%-i sənayedə çalışır. Ayaqqabı, avtomobil detalları və ləvazimatları (oturacaq, radiator və s.), elektro-texnika avadanlığı və kosmetika istehsal edilir; poliqrafiya müəssisələri var. Kənd təsərrüfatı rayonunun ticarət-bölüşdürücü mərkəzidir (qarğıdalı, buğda, soya paxlası və s.).
Qalereya
Caption1Cefferon-Siti 1860-cı illərdə
Cefferson-Siti məhbusxanası
Cefferon-Siti 1924-cü il paradı
Harri Truman ofis binası
Con Kristi bələdiyyə binası
Missuri ştat kilsəsi
Beynəlxalq Kosmos Stansiyasının çəkdiyi Cefferson-Sitinin kosmosdan görünüşü
Həmçinin bax
- Nyu-York
- Vaşinqton
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cefferson-Siti haqqında məlumat. Cefferson-Siti nədir? Cefferson-Siti nə deməkdir?
