Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əs

Hersoq

  • Ana Səhifə
  • Vikipediya
  • Hersoq

Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.

Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Fransa, İtaliya və Almaniya ərazilərində hersoqluqlar yenidən meydana çıxmış olurlar. İngiltərədə hersoq titulu şahzadədən sonra, markizdən öndə gəlir. Avstriyada şahzadələri fərqləndirmək üçün onlara 1453 cü ildən etibarən “erçhersoq” ya “arxhersoq” ya da “arxduk” titulu verilirdi.

Rusiya imperiyasında hersoq titulu knyaz tituluna bərabər tutulurdu. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, “İjor hersoqu” titulunu daşımışdır.

Mündəricat

Hersoqluq

Adətən hersoqun hökmranlığı altında olan monarx dövləti hersoqluq adlandırılır. Hersoqluqda dövlət idarəçiliyi əsasən tarixi dövlətlərdə monarxiyanın mütləq formasına, müasir dövrümüzdə isə parlamentar ya konstitusion idarə üsuluna əsaslananır.

Hersoq tacları

  • İngiltərə
    İngiltərə
  • Belçika və Niderland
    Belçika və Niderland
  • İspaniya
    İspaniya
  • Fransa
    Fransa
  • Fransa
    Fransa
  • Napoleon Fransası
    Napoleon Fransası

Oxşar titullar

  • Knyaz (rus. kнязь) qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı.
  • “Fürst” (alm. Fürst‎, ing. first = birinci) — ali aristokrat titulu — “hersoq”.
  • “Qrosfürst” (alm. Grossfürst‎, — “Böyük knyaz”, “Böyük hersoq”, “Erçhersoq” ya “Arxhersoq”
  • “Kurfürst” (alm. Kurfürst‎, hərfi — “seçilən–knyaz” , alm. kür‎ — “seçim, seçilən” və alm. Fürst‎ — “knyaz”; lat. princeps elector imperii)
  • Qraf, qrafinya(alm. Graf‎; lat. comes anlamı “yoldaş”), fr. comte, ing. earl və yaxud count) — Qərbi Avropada zadəgan titulu. Onun malik olduğu əraziyə qraflıq deyilir.

Müasir hersoqluq və hersoqlar

Böyük hersoq Henri
  • Hersoqluq — Lüksemburq
  • Bayraqları —Lüksemburq Lüksemburq Lüksemburq
  • Quruluşu — konstitusiyalı monarxiya
  • Başçısı — Böyük hersoq — Nassau sülaləsindən (2001) Henri

Müasir dövrümüzdə yeganə “Böyük hersoq” titulu Lüksemburqda saxlanılmaqdadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hersoq haqqında məlumat. Hersoq nədir? Hersoq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    22 iyul

  • Fevral 27, 2026

    Ayrımlar

  • Fevral 25, 2026

    Covid-19

  • Fevral 27, 2026

    Ukulele

  • Fevral 27, 2026

    Rza Bədəlov

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst