Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) — Asiyada dövlət. Cənub-şərqi Asi

Bruney

  • Ana Səhifə
  • Vikipediya
  • Bruney

Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) — Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min km². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyinə daxildir. Ölkənin gəlir mənbələrinin əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Həssənal Bolkiahdır.

Bruney Darussalam Dövləti
Negara Brunei Darussalam
Country of Brunei Darussalam
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
A kingdom of unexpected treasures
Himn: لله فليهاراكن سلطن
Tarixi
 • Müstəqillik elan olunub 1 yanvar 1984
Rəsmi dili Malay, İngilis
Paytaxt Bandar Səri Bəgavan
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması miraslı tamamilə teokratik monarxiya
Sultan Həssənal Bolkiah [4.X.1967~ ]
Vəliəht Şahzadə Əl-Möhtədi Billah (Bruney)
Sahəsi Dünyada 172-ci
 • Ümumi 5765 km²
 • Su sahəsi (%) 8,6
Əhalisi
 • Əhali (İyul 2015 təxmini) 417 200 nəfər (175-ci)
 • Siyahıyaalma (1.IV.2011) 393 372 nəfər nəf.
 • Sıxlıq 72.11 nəf./km² (134-cü)
ÜDM (AQP)
 • Ümumi (2016 təxmini) 33,376 milyard dollar  (116-cı)
 • Adambaşına 80,000 dollar  (5-ci)
ÜDM (nominal)
 • Ümumi (2015 təxmini) 13,002 milyard dollar  (111-ci)
 • Adambaşına 30,933 dollar  (25-ci)
İİİ (2014) 0.856
Valyuta Bruney dolları (BND)
İnternet domeni .bn
ISO kodu BN
Telefon kodu 673
Saat qurşaqları Brunei Darussalam Time
Nəqliyyatın yönü sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bruney
Sultan Ömər Əli Səyfəddin məscidi, Bandar Seri Begavan, Bruney, 2007.

Mündəricat

Coğrafiya

Bruney Kalimantan adasında yerləşir. Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur, il ərzində temperatur az tərəddüd edir, 24°-31°C arasında dəyişir.

Əhalisi

Əhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.

Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.

Rəsmi dil - Malay, danışıq dili kimi ingilis və Çin dilləri.

Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).

Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.

Din

Rəsmi din - İslamdır - əhalinin 67%-i, 13% - Buddist, 10% - xristianlar (əsasən protestant və katolik), 10% - digər dinlər (əsasən yerli inanclar).

1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiyası") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əlaqədar olaraq

Silahlı qüvvələri

Bruney kral silahlı qüvvələri ibarətdir:

Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.

Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.

Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.

Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini mühafizə etmək vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.

Həmçinin bax

 Bruney ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bruney haqqında məlumat. Bruney nədir? Bruney nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Cəmiyyət

  • Fevral 23, 2026

    Əhli-Sünnət

  • Fevral 24, 2026

    Anqlikan

  • Fevral 23, 2026

    Zərifə Əliyeva

  • Fevral 23, 2026

    Cənubi Azərbaycan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst