Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.
| Çin dili | |
|---|---|
| |
| Orijinal adı | 汉语 汉语 汉语 漢語 漢語 中文 |
| Ölkələr | |
| Danışanların ümumi sayı |
|
| Təsnifatı | |
| |
| Yazı | Çin yazısı, ənənəvi Çin heroqrifləri, Sadələşdirilmiş Çincə |
| Dil kodları | |
| QOST 7.75–97 | кит 315 |
| ISO 639-1 | zh |
| ISO 639-2 | zho, chi |
| ISO 639-3 | zho |
| Ethnologue | zho |
| LINGUIST List | chin |
| ABS ASCL | 71 |
| IETF | zh |
| Glottolog | sini1245 |
Əlifbası
Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur.
Çin dilinin yazılışı
Çin dili iki cür yazılır:
- 1. Klassik
- 2. Modernləşdirilmiş

Birinci model çinin əsil və keçmiş dilidir ki, keçən yüzillərdə işlənirdi. İndi də Tayvan, Honq-Konq, Makao və ABŞ-dəki çinlilər bu dildə danışırlar.
İkinci model isə qədim çin yazısında istifadə olunan heroqliflərin sadələşdirilmiş formasıdır. Bu model Sinqapurda da işlənir. Bundan başqa 1950-ci ildən tətbig olunmağa başlanan Pinyin heroqliflərin transliterasiyası üçün istifadə olunur. Çində Pinyin 1980-cı ildən heroqliflərin latın əlifbasına çevrilməsi üçün geniş istifadə olunur. Pinyin heroqliflərin yerinə deyil, daha çox izah məqsədilə işlədilir.
Çin dilləri və ləhcələri
Çinin başa başında ayrıca dil və ləhcələr danışılir ki onların hica ədasında bir birindən ayrılırlar.
- Bütün Çin dilləri:
- Kantonca
- Mandarin
- Vü(Şanghay dili)
- Ke cia
- Püşyan
- Xuyi cü
- Min cüng
- Gən
- Şiang
- Min yi
- Min nən
- Ping Xüa
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çin dili haqqında məlumat. Çin dili nədir? Çin dili nə deməkdir?
