Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstə

Sevil Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sevil Əliyeva

Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusudur. Hazırda Londonda yaşayır.

Sevil Əliyeva
Doğum tarixi 12 oktyabr 1955(1955-10-12) (70 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Mahmud Məmməd-Quliyev
Uşağı
  • Azər Əliyev[d]
Atası Heydər Əliyev
Anası Zərifə Əliyeva
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti ictimai xadim
Mükafatları "Şərəf" ordeni — 2025

Mündəricat

Həyatı

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Ailəlidir, bir qızı, iki oğlu var.

Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.

Təhsili

  • 1961–1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır.
  • 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir.
  • 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.
  • 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmişdir. Tarix elmləri namizədidir.

Fəaliyyəti

  • 1981–1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur.
  • 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.
  • 1990-cı illərin birinci yarısından həm də fəal içtimaiyyətçi, müstəqil Azərbaycanda qadın hərəkatının təşkilatçılarından biri kimi fəaliyyət göstərmişdir.
  • 1995-ci il iyunun 30-da Azərbaycan Qadınlar Məclisinin sədri olmuşdur.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin — atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom "Ze qaleri of Sevil" adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksofon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun "Əbbe Roud" studiyasında yazılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sevil Əliyeva haqqında məlumat. Sevil Əliyeva nədir? Sevil Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dengizik

  • Fevral 25, 2026

    Fransisk

  • Fevral 27, 2026

    İmam Əskəri

  • Fevral 27, 2026

    Guloninae

  • Fevral 27, 2026

    Kredit

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst