Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406 – 469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaq

Dengizik

  • Ana Səhifə
  • Vikipediya
  • Dengizik

Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406 – 469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaqanı. Atillanın 2-ci oğlu, İlekin kiçik, İrnekin də böyük qardaşı.

Dengizik Xan
Hun Türkcəsi:Tengizik Kan
Avropa Hun İmperiyasının 13-cü xaqanı və xanı
454/455 – 469
Əvvəlkiİlek Xaqan
Sonrakıİrnek Xan
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi 406
Vəfat tarixi 469(0469)
Vəfat yeri
  • Bizans imperiyası, Roma imperiyası
Fəaliyyəti hərbi lider[d]
Atası Atilla

Həyatı

453-cü ildə Atillanın ölümündən sonra digər qardaşları İlek və İrneklə ayrı hökmranlıq etdilər. Çökən imperiyanın bir hissəsində üç qardaş fərqli bölgələrdə hökmranlıq edirdi. 460-cı ilin ilk yarısından etibarən Dengizik və İrnek vəziyyətlərini bərpa etməyə çalışdılar. Konstantinopola elçi göndərdilər. Sülh müqaviləsi bağlamaq, dostluq qurmaq istəyirdilər. Dunayın bir hissəsində Hunlar və Romalılar üçün sərbəst ticarət bazarının qurulmasını tələb etdilər, lakin I Leo bu istəkləri rədd etdi. Bu qərardan sonra iki qardaş ayrıldı. Dengizik bunu təhqir olaraq gördü və döyüşmək istədi, İrnek isə yeni cəbhə açmağın əleyhinə idi. Dengizik ordusu ilə birlikdə Histriyaya girdi. Onu qarşılayan Bizans komandiri Anaqastla güzəştə getməkdən imtina etdi və birbaşa imperatora bir elçi göndərdi. Torpaq və vergilər tələb etdi və bu baş verməsə Trakyaya gedəcəyini bildirdi. Qətiyyətli münasibətindən narahat olan I Leo cavab verdi: "Ona itaət etsəydi hər şeyi edərdi və düşmənçiliyi dostluğa və ittifaqa çevirmək çox xoş olardı", lakin danışıqlar nəticəsiz qaldıqdan sonra, 469-cu ildə Dengizik ilə Anaqast arasındakı müharibədə Hunlar məğlub oldu. Dengizik müharibədə öldürüldü və kəsilmiş başı Bizansın paytaxtı Konstantinopolda insanlar arasında gəzdi. Pasxa xronikası hadisəni belə izah edir: "Attilanın oğlu Dinzirikus (yəni Dengizik) Trakyada general Anaqastes tərəfindən öldürüldü. (Anaqastes onun) başını Konstantinopolisə gətirdi, Orta Küçədən keçdi və Taxta Sirkdəki dirəyə sabitlədi. Bütün şəhər ona baxdı."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dengizik haqqında məlumat. Dengizik nədir? Dengizik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İrakli Kvirikadze

  • Fevral 27, 2026

    İnfant Afonso

  • Fevral 27, 2026

    Şxara dağı

  • Fevral 27, 2026

    Keks

  • Fevral 23, 2026

    Bərbər dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst