Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; isp. Jorge Mario Bergoglio; 17 dekabr 1936[…] – 21 aprel 2025[…]) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın rəhbəri. Cənubi Amerikadan və Yezuitlər ordenindən olan ilk papa.
| Fransisk | |
|---|---|
| lat. Franciscus | |
| |
| 13 mart 2013 – 21 aprel 2025 | |
| Əvvəlki | XVI Benedikt |
| Sonrakı | XIV Lev |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Jorge Mario Bergoglio |
| Doğum tarixi | 17 dekabr 1936[…] |
| Vəfat tarixi | 21 aprel 2025[…] (88 yaşında) |
| Vəfat səbəbi | insult |
| Fəaliyyəti | kimyaçı, yazıçı, vaiz[d], siyasətçi, avtobioqraf[d], universitet müəllimi[d], filosof |
| Dini | katolisizm |
| | |
| Təltifləri | |
| | |
| vatican.va/content/franc… | |

Həyatı
Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.
21 aprel 2025-ci ildə vəfat edib. 26 apreldə Böyük Məryəm Ana kilsəsində dəfn olunub. Papa bu kilsədə dəfn olunan səkkizinci pontifik və 17-ci əsrdən sonra dəfn edilən ilk papa oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransisk haqqında məlumat. Fransisk nədir? Fransisk nə deməkdir?
