Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərba

Əbdül Mahmudov

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdül Mahmudov

Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır.

Əbdül Mahmudov
Abduləhəd Əlisa oğlu Mahmudov
Digər adları Əbdül Mahmudbəyov
Şeyx Əbdül Mahmudbəyov
Doğum tarixi 15 may 1944(1944-05-15) (81 yaş)
Doğum yeri
  • Atbulaq, Qazıməmməd rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor, kinorejissor, rejissor
Fəaliyyət illəri 1957–h.h.
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20082008 Azərbaycan SSR Dövlət mükafatı — 19861986
IMDb ID0538535

Mündəricat

Həyatı

Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.

Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).

1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.

2026-cı ilin yanvarında xəstəxanaya yerləşdirilib.

Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.

Təltif və mükafatları

  • "Azərbaycan SSR Dövlət mükafatı" — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin rejissorluğuna görə)[⇨]
  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1 avqust 2008
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2018
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı — 2019
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il

Filmoqrafiya

Aktyor kimi

  • Bir məhəllədən iki nəfər (film, 1957)
  • Leyli və Məcnun (film, 1961)
  • Əhməd haradadır? (film, 1963) (rol: kənd sakini)
  • Uşaqlığın son gecəsi (film, 1968) (rol: milis işçisi)
  • Şərikli çörək (film, 1969) (rol: bazardakı alıcı)
  • O qızı tapın (film, 1970) (rol: mafioz qrupunun üzvü)
  • Yeddi oğul istərəm... (film, 1970) (rol: Qasım)
  • Axırıncı aşırım (film, 1971) (rol: Bəylər)
  • Ən vacib müsahibə (film, 1971) (rol: Fikrət)
  • Nəsimi (film, 1973) (rol: dərviş)
  • Ömrün ilk saatı (film, 1973) (rol: fotoqraf)
  • Çarvadarların izi ilə (film, 1974) (rol: Qərib)
  • Qatır Məmməd (film, 1974) (rol: bolşevik)
  • Dörd bazar günü (film, 1975)
  • Sevinc buxtası (film, 1977) (rol: Əbdül)
  • Diplom işi (film, 1979) (rol: qızın qardaşı) (qısametrajlı bədii film)
  • Qəribə adam (film, 1979) (rol: Orxan)
  • Qorxma, mən səninləyəm (rol: kisəçi)
  • Ağlar-güləyən (film, 1988) (qısametrajlı sənədli-bədii film)
  • Qətl günü (film, 1990) (rol: Tatar Təmir)
  • Əlavə təsir (film, 2010) (rol: Nazim Şeydayev)
  • Şəbəkə (film, 2011) (qısametrajlı bədii film) (rol: Gülzarın atası)
  • Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) (rol: polis mayoru)
  • Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: polis polkovniki)
  • Kəklikotu (film, 2017) (rol: polis rəisi)

Rejissor assistenti kimi

  • Dağlarda döyüş (film, 1967)

İkinci rejissor kimi

  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Dəli Kür (film, 1969)
  • Oxuyur Müslüm Maqomayev (film, 1971)

Rejissor kimi

  • Qeyri-adi ov (film, 1974) (qısametrajlı bədii film)
  • Firəngiz (film, 1975)
  • Alıcının sərgüzəşti (film, 1976) (qısametrajlı bədii süjet — Mozalan № 31)
  • Əcəmi Naxçıvani (film, 1976) (qısametrajlı sənədli film)
  • Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film)
  • Üzü küləyə (film, 1977)
  • Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film)
  • Həyatın mənası (film, 1979) (qısametrajlı sənədli film)
  • Qanlı zəmi (film, 1985)
  • Şəhərli biçinçilər (film, 1986)
  • Doğma sahillər (film, 1989)
  • Gecə qatarında qətl (film, 1990)

Ssenari müəllifi kimi

  • Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film)
  • Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film)
  • Gecə qatarında qətl (film, 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əbdül mahmudov sözünün mənası, əbdül mahmudov haqqında məlumat. əbdül mahmudov nədir? əbdül mahmudov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    IV Fraat

  • Fevral 27, 2026

    Cek Kilbi

  • Fevral 27, 2026

    Vasili Razumovski

  • Mart 06, 2026

    Avstriya məktəbi

  • Mart 01, 2026

    BES adaları

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst