Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 7 aprel

Vasili Razumovski

  • Ana Səhifə
  • Vikipediya
  • Vasili Razumovski

Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 7 aprel 1935, Yessentuki, Stavropol diyarı, Rusiya) — rus cərrahı, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi. Razumovski Saratov (1909), Tbilisi (1918) və Bakı (1919) universitetlərinin banilərindən biri olmuş, eləcə də Saratov universitetinin (1909–1912) və Bakı Dövlət Universitetinin (1919–1920) ilk rektoru vəzifəsini icra etmişdir. 1920-ci ildən sonra vətəni Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlamış və 1930-cu ildə təqaüdə çıxmışdır.

Vasili Razumovski
Doğum tarixi 8 aprel 1857(1857-04-08)
Doğum yeri
  • Yefimovka[d], Buzuluk qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 1935(1935-04-07) (77 yaşında)
Vəfat yeri
  • Yessentuki, Stavropol diyarı, Rusiya
Dəfn yeri
  • Yessentuki
Elm sahəsi tibb
Elmi dərəcəsi
  • elmlər doktoru
İş yeri
  • Kazan Dövlət Universiteti
Təhsili
  • Kazan İmperator Universiteti[d]
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni
RSFSR əməkdar elm xadimi Əmək Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Buzuluk dairəsinin Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu.

1880-ci ildə İmperiya Kazan Universitetini bitirmişdir. 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur.

1893-cü ildə professor ilk dəfə olaraq Mineralnıye Vodıya turist kimi gəlib.

1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.

1896–1898-ci illərdə Jeleznovodskda çalışmışdır. Daha sonra Pyatiqorskda doktor Rjaksinskinin şəxsi klinikasında işləmişdir. Razumovski Rusiya İmperiyası Saratov universitetinin banilərindən biri və ilk rektoru olmuşdur – 1909–1912-ci illər.

O, həmçinin Tbilisi Dövlət Universitetinin (1918) rektoru, habelə Bakı Dövlət Universitetinin ilk rektoru olmuşdur (1919).

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 8 sentyabr 1919-cu il tarixli sərəncamından:

"Universitet komissiyasının yekdil qərarı ilə əməkdar professor Razumovski Bakı Dövlət Universitetinin rektoru, Patoloji Anatomiya kafedrasının professoru İvan Şirokoqorov isə Tibb Fakültəsinin dekanı təyin edilsin."

1920-ci ildən sonra professor Razumovski Saratov universitetinə qayıdır və 1930-cu ilədək həmin universitetdə çalışır.

1930-cu ildə pedaqoji fəaliyyətini dayandırıb sırf həkimlik fəaliyyəti və təşkilati işlərlə məşğul olmağa başlayır.

7 aprel 1935-ci ildə Yessentuki şəhərində vəfat etmişdir. Qəbri şəhərin Qardaşlıq qəbiristanlığındadır. 1990-cı illərdə qəbrinin üstündə barelyefi oğurlanmışdır. 2012-ci ildə Saratov universitetinin təşkilatçılığı ilə barelyef yenidən bərpa edilmişdir.

Ailəsi

Qızları: Sofiya və Yuliya.

Mükafatları və təltifləri

  • 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni, 3 və 4-cü dərəcəli Müqəddəs Anna ordeni, İkinci dərəcəli "Müqəddəs Stanislav" ordeni
  • 1923-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
  • 1934-cü ildə RSFSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.

Leninqrad, Moskva və digər Cərrahiyyə Cəmiyyətlərinin fəxri üzvü olmuşdur. Piroqov Həkimlər Cəmiyyətinin aktiv üzvü olmuşdur.

Həmçinin bax

  • Bakı Dövlət Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Razumovski haqqında məlumat. Vasili Razumovski nədir? Vasili Razumovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yoveri Museveni

  • Fevral 27, 2026

    Behbəhan şəhristanı

  • Fevral 27, 2026

    İzzəddin Həsənoğlu

  • Fevral 27, 2026

    Ermənicə

  • Fevral 27, 2026

    Şivə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst