Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.

Mincivan

  • Ana Səhifə
  • Vikipediya
  • Mincivan

Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.

Mincivan
39°01′48″ şm. e. 46°43′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 315 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 5.506 nəf. (1989)
Xəritəni göstər/gizlə
Mincivan xəritədə
Mincivan
Mincivan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İşğal dövrü

Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.

Əhali

1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı..

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.

1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.

1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.

Milli tərkibi

Siyahıyaalma ili 1970 1979
azərbaycan türkləri 4 157 (91,8 %) 3 844 (98,8 %)
ermənilər 219 (4,8 %) 6 (0,2 %)
ruslar və ukraynalılar 83 (1,8 %) 36 (0,9 %)
digərləri 71 (1,5 %) 3 (0,1 %)
Ümumi 4 530 3 889

Tanınmışlar

  1. Elçin Bağırov şəhid,

Həmçinin bax

  • Mincivan Dəmiryol Stansiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mincivan sözünün mənası, mincivan haqqında məlumat. mincivan nədir? mincivan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstanbul Konvensiyası

  • Fevral 27, 2026

    Aşağı Əskipara

  • Fevral 17, 2026

    İlham Əliyev

  • Fevral 28, 2026

    Leyləklər

  • Fevral 27, 2026

    Triton (peyk)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst