Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha m

Triton (peyk)

  • Ana Səhifə
  • Vikipediya
  • Triton (peyk)

Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki.

Triton
Kəşfi
Kəşf edən Uilyam Lassel
Kəşf yeri İngiltərə
Kəşf tarixi 10 oktyabr 1846
Təyinlər
Şərəfinə adlandırılıb
Triton (mifologiya)
Orbital xarakteristikaları
Böyük yarımoxu
354.759 km
Orbitinin ekssentrisiteti 0
Siderik dolanma dövrü
−5,876854 sut
Orbitin meyli 129,812 dərəcə, 156,885 dərəcə, 129,608 dərəcə
Nəyin peykidir Neptun
Fiziki xarakteristikaları
Səthinin sahəsi
  • 23.018.000 km²
Həcmi 10.384.000.000 km³
Kütləsi 21,39 ± 0,03 Yq
Orta sıxlığı
2,061 q/sm³
Sərbəstdüşmə təcili
0,779 m/s²
Albedo 0,76
Temperatur 38 K
Görünən ulduz ölçüsü
13,47
Mütləq ulduz ölçüsü
−1,2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Kəşfi

1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir.

Adı

Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir.

Xarakteristikası

Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir.

Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir. Ancaq xarici peyklər çox kiçikdir. Ən böyüyü Feba olub Tritonun diametrinin sadəcə 8 %-i və kütləsinin 0,03 %-i qədərdir. Tərs orbitə sahib olmalarının əsas səbəbi uzaqda yerləşdiklərindən belə peyklərin digər göy cisimləri ilə toqquşması ola bilər. Tritonun necə əmələ gəlməsi tam bilinmir. Böyük ehtimalla Triton əvvəllər Günəş sistemində təkbaşına gəzən göy cismi olmuş, daha sonra Neptunun cazibə qüvvəsinə qapılıb onun peykinə çevrilmişdir.

2706 km-lik radiusa sahib Tritonun səthi buzla örtülüdür. Bununla əlaqədar şəkilləri 1989-cu ildə peykin yanından keçən yeganə süni peyk Voyager 2 çəkmişdir. Səthində kraterlərin sayı azdır.

Temperatur

Triton peyki Yupiterin İo peykindən sonra Günəş sistemində ən aktiv peykdir. Altda su, üstdə azot buzu ilə örtülü buzun altında maye azotdan ibarət dənizin olması ehtimaldır. Səthində xeyli qeyzer və buz vulkanı vardır. Maye azot bəzən buzun altından fışqıra bilir və bu cür fışqırmanın hündürlüyü 15 km-ə çata bilir. Peykin iç hissələrində temperatur daha yüksəkdir. Voyager 2 həmçinin Lasselin iddia etdiyi Neptunun görünməz halqalarını sübut etmişdir.

Tritonun səth temperaturu -235 °C-dir və Günəş sistemin ən soyuq göy cismidir. Bunun əsas səbəbi Yerə düşən Günəş işığının 1/900-i qədər işıq qəbul etməsi və gələn işığın 70 %-ni əks etdirməsidir. Voyager 2-dən əvvəl peykin buludlarla örtülü olması ehtimal olunsa da, bu fərziyyə səhv çıxmışdır. Tritonun incə və sıxlığı az olan atmosferi vardır. Atmosfer səthə çox az təzyiq göstərməkdədir.

Spiral orbitinə görə Triton Neptun planetinə getdikcə yaxınlaşmaqdadır, 100 milyon il sonra Roçe limitini keçəçək və parçalanacaqdır.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Triton (peyk) haqqında məlumat. Triton (peyk) nədir? Triton (peyk) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baş vəzir

  • Fevral 27, 2026

    Kopa Amerika

  • Fevral 27, 2026

    Koçabamba

  • Fevral 27, 2026

    Barium xlorid

  • Fevral 27, 2026

    Təqaüd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst