OC Media (Open Caucasus Media) — Tbilisidə yerləşən, ingiliscə Şimali və Cənubi Qafqaz regionlarından xəbərləri əhatə edən müstəqil onlayn xəbər platforması. Saytın əsası jurnalistlər Mariam Nikuradze və Dominik Caqara tərəfindən qoyulub və bütün Qafqazdan jurnalistləri bir araya gətirir.
| OC Media | |
|---|---|
| |
| URL | oc-media.org |
| Tipi | media şirkəti[d] |
| Dilləri | ingilis dili |
| Açılma tarixi | yanvar 2017 |
Sayt Cənubi Qafqaz dövlətləri olan Azərbaycan, Ermənistan və Gürcüstanı, Rusiyanın Şimali Qafqaz respublikalarını və Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi mübahisəli əraziləri əhatə edir.
OC Media müxtəlif təşkilat və qurumlardan, eləcə də onların oxucularından qrant alır. O, Forin-ofis, Fridrix Ebert Fondu, Açıq Cəmiyyət Fondları, Milli Demokratiya Fondu, Avropa Demokratiya Fondu, Çex Respublikasının Xarici İşlər Nazirliyi və Tomson Reuters Fondu kimi təşkilatlardan maliyyə yardımı almışdır.
OC Media-nın apardığı gizli araşdırmalar nəticəsində ölkədəki bir neçə tekstil fabrikində pis iş şəraitinin aşkarlanmasından sonra, 2020-ci ilin mart ayında Gürcüstanın İnsan Hüquqları üzrə Təhsil və Monitorinq Mərkəzi (EMC) hökumətə müraciət edib. Onlar Əmək Müfəttişliyi Departamentini dərhal tikiş fabriklərini yoxlamağa və gələcəkdə işçilərin hüquqlarının pozulmasının qarşısının alınması üçün Parlamenti qanunvericilikdə dəyişikliklər etməyə çağırıblar.
2020-ci ilin oktyabrında sayt kiberhücum nəticəsində müvəqqəti olaraq bağlanıb. Saytın rəhbərliyi bunu İkinci Qarabağ müharibəsi ilə əlaqələndirib.
Həmçinin bax
- Kavkazskiy Uzel
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oc media sözünün mənası, oc media haqqında məlumat. oc media nədir? oc media nə deməkdir?
