Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.
| Zəhra Şahtaxtinskaya | |
|---|---|
| Zəhra Mustafa qızı Şahtaxtinskaya | |
| |
| Digər adı | Zəhra xanım Mustafa bəy qızı Ağayeva |
| Doğum tarixi | |
| Doğum yeri | Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Həyat yoldaşı |
|
| Uşağı | |
| Elm sahəsi | zoologiya |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| İş yeri |
|
| Mükafatları | |
Həyatı
Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.
Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.
Elmi əsərləri
- Onurğasızlar zoologiyası
- Təbiət tarixinin əsasları (1975)
- Zoologiya (1974)
Mükafatları
- Azərbaycan SSR əməkdar elm xadimi (1960)
- Lenin ordeni
Ailəsi
Onun həyatyoldaşı Nemət Şahtaxtınski Sankt Peterburqda təhsil almış və uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır. Onların övladları olan Prof. Dr. Toğrul Şahtaxtinski də alim olmuş və neft kimyası sahəsində araşdırmalar aparmışdır.
Zəhra Şahtaxtinski Qarabağın məşhur bəy ailələrindən olan Ağayevlər nəslinin nümayəndəsi və Fərəc bəy Ağayevin qohumudur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zəhra şahtaxtinskaya sözünün mənası, zəhra şahtaxtinskaya haqqında məlumat. zəhra şahtaxtinskaya nədir? zəhra şahtaxtinskaya nə deməkdir?
