Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun Zarağan kənd inzibati ərazi dairəsində kənd.
| Zarağan | |
|---|---|
| 40°55′57″ şm. e. 47°48′04″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Zarağan | |
Toponimikası
Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var.
Coğrafiyası və iqlimi
Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan–Həftəran vadisində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır.
Tanınmış şəxsləri
- Elman Məmmədov (1948) — Kimya elmləri doktoru, professor.
İqtisadiyyatı
Kəndin üç yolun ayrıcında (Qəbələ–Bakı, Qəbələ–Ağdaş və Qəbələ–Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur. Kənddə mavi yanacaqdan istifadə edilir.
Mədəniyyəti
Kənddə kitabxana və ATS mövcuddur.
Təhsili
Kənddə 1 uşaq bağçası və 600 şagirdlik 1 №-li və 370 şagirdlik 2 №-li tam orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi mövcuddur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zarağan haqqında məlumat. Zarağan nədir? Zarağan nə deməkdir?
