Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Proxladnenski rayonu (kab.-çərk. Прохладнэ куей / Прохладнэ район, qaraç.-balk. Прохладна район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati

Proxladnenski rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Proxladnenski rayonu

Proxladnenski rayonu (kab.-çərk. Прохладнэ куей / Прохладнэ район, qaraç.-balk. Прохладна район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Proxladnı şəhəridir (rayonun ərazisinə daxil deyil).

Proxladnenski rayonu
Прохладнэ куей / Прохладнэ район
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

43°45′00″ şm. e. 44°01′59″ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Proxladnı
Tarixi və coğrafiyası
Yaradılıb 1937
Sahəsi
  • 1.342 km²
Hündürlük
307 m
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 50.432 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu 86631
Rəsmi sayt
Proxladnenski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Proxladnenski rayonu Kabarda-Balkariya Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənubda Mayski və Urvan rayonları, qərbdə Baksan rayonu, şimalda Stavropol diyarının Kirov və Kursk rayonları, şərqdə Şimali Osetiyanın Mozdok rayonu. Proxladnenski rayonunun sahəsi 1,341.97 km²-dir. Rayon mərkəzindən respublikanın paytaxtına olan (Nalçik) məsafə 57 km-dir.

Hidrologiya

Rayon ərazisindən axan iri çaylar: Malka, Baksan , Kurkujin, Baksanyonok, Qeduko, Şakoy və bir çox kiçik çaylar. Rayonda inkişaf etmiş suvarma kanalları və kanalların tənzimlənməsi üçün istifadə olunan süni su anbarları şəbəkəsi mövcuddur. Rayonun ən böyük kanalları bunlardır: Lenin adına kanal, Pravoberejnı kanalı və Proxladnenski kanalı.

İqlim

Rayonun iqlimi bütövlükdə respublikanın düz zonasında rütubətli mülayimdir. Yay aylarında havanın temperaturu + 27 ... + 35 ° C-ə çatır, qışda temperatur -25 ° C-ə qədər enə bilər. Lakin nadir hallarda −10 ° C-dən aşağı düşür. Rütubətliyin azlığı ilk növbədə Proxladnenski rayonunun şərq hissəsindən isti küləklərə məruz qalması ilə əlaqədardır. Bu istiqamətdə Noqay çölü və Xəzər ovalığı üzərində formalaşan hava hakim olur.

Minerallar

Proxladnenski rayonunda gil, qum , çınqıl və tikinti qumu, həmçinin kəşfiyyatla sübut olunmuş neft yataqları vardır.

Tarixi

22 mart 1924-cü ildə Kabardin MV Rəyasət Heyətinin qərarı ilə Baksan rayonunun bölünməsi nəticəsində Primalka dairəsi təşkil edilir. 10 kənd sovetliyi yeni yaradılan dairəyə verilir.

1931-ci ildə Primalka dairəsi Primalka rayonuna çevrilir.

1932-ci ilin martında Proxladnenski rayonu ləğv edilir. Proxladnenski rayonunun kənd məclisləri: Yekaterinograd, Priblizhnenski, Soldatski və Prokladnenski kənd sovetlikləri Kabarda-Balkariya Muxtar Vilayətinin Primalka rayonuna verildi. Kanovski, Rostovanovski və Eyqenqeymov kənd sovetlikləri və Baltiyski Raboki taxıl sovxozu bir hissəsi Mozdok rayonuna verildi

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli və Kabarda-Balkariya MSSR İcraiyyə Komitəsi Rəyasət Heyətinin 7 yanvar 1938-ci il tarixli qərarı ilə Proxladnenskİ rayonu KBMSSR-in tərkib hissəsi olaraq bərpa edildi. Buraya əvvəllər Primalka rayonuna daxil olan yaşayış məntəqələri, həmçinin Proletarian kənd sovetliyi və Primalka taxılçılıq təsərrüfatı daxil oldu.

KBmSSR Ali Sovetinin Rəyasət Heyətinin 29 sentyabr 1959-cu il tarixli Fərmanı ilə Proxladnenski rayonu əvvəllər ləğv edilmiş Primalka rayonuna verildi.

1963-cü ildə Proxladnenski rayonu Proxladnenski kənd rayonuna çevrildi.

1965-ci ildə Proxladnenski kənd rayonu yenidən Proxladnenski rayonuna çevrildi və əvvəlki sərhədlərinə bərpa edildi. Elə həmin il Respublika daxilində Proxladnenski şəhər dairəsi təşkil edilir. Nəticədə dairə rayondan ayrılır. Bununla belə Proxladnı şəhəri Proxladnenski rayonunun inzibati mərkəzi olaraq qalır.

2005-ci ildə rayonda kənd idarələri ləğv edildi və kənd yaşayış məntəqələri statusuna malik 19 bələdiyyə qurulur.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
ruslar 24 672 54,18 %
kabardinlər 12 792 28,10 %
türklər 2 488 5,46 %
balkarlar 1 196 2,63 %
ukraynalılar 609 1,34 %
qaraçılar 538 1,18 %
osetinlər 478 1,05 %
digərləri 2 455 5,39 %
milliyyətini bildirməyənlər 305 0,67 %
ümumi 45 533 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 4766 4592 9358 20,55 %
15 — 59 yaş 14 260 14 852 29 112 63,94 %
60 yaşdan yuxarı 2605 4458 7063 15,51 %
ümumi 21 631 23 902 45 533 100,0 %

Kişilər — 21 631 nəf. (47,5 %). Qadınlar — 323 902 nəf. (52,5 %).

Əhalinin orta yaşı — 36,0 yaş. Kişilərin orta yaşı — 33,9 yaş. Qadınların orta yaşı — 37,9 yaş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, proxladnenski rayonu sözünün mənası, proxladnenski rayonu haqqında məlumat. proxladnenski rayonu nədir? proxladnenski rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Benjamin Pavard

  • Fevral 27, 2026

    Quercus arkansana

  • Mart 01, 2026

    Ləçəkturunc xalçası

  • Fevral 27, 2026

    Masazır gölü

  • Fevral 27, 2026

    Bauhauz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst