Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mütəşəkkil cinayətkarlıq — maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur. Milli və beynəlxalq s

Mütəşəkkil cinayətkarlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Mütəşəkkil cinayətkarlıq

Mütəşəkkil cinayətkarlıq — maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdır. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik cinayətkar qruplardırlar. Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlar. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlər.

Mündəricat

Mütəşəkkil cinayət əməllərinin (cinayətkarlığın) növləri

  • Oğurluq və dələduzluq:
    • Biznes sahələrinə görə:
      • Qiymətli əşya daşıyan avtomobillərin qaçırılması
      • Oğurluq
      • Müflis olma dələduzluğu (müflis olma saxtakarlığı)
      • Sığorta dələduzluğu
      • Səhm dələduzluğu (Şirkət daxilində)
    • Fiziki şəxslərə görə:
      • Avtomobil oğurluğu
      • Evlərin qarət olunması
      • Kredit kartı saxtakarlığı
      • Səhm dələduzluğu (Səhm qiymətlərinin dəyərinin şişirdilərək satılması)
    • Dövlət istiqamətli:
      • Tenderlərin saxtalaşdırılması
      • Saxta pulların çap edilməsi (Mistifikasiya)
      • Qaçaqmalçılq, saxta etiketlər vasitəsilə, siqaret və spirtli içkilərin qaçaqmalçılığı
      • Qeyri-leqal işçiləri işə götürmək və bu məqsədlər üçün ölkəyə gətirmək
  • Qeyri-qanuni xidmət və malların təqdim edilməsi:
    • Sələmçilik
    • Mərc
    • Qumar
    • Fahişəlik
    • Narkotik maddələrin satışı
    • Silah ticarəti
    • Muzdlu qatil təmini
    • Zəhərli tullantıların utilizasiyası
    • İnsan qaçaqmalçılığı
    • İnsan alveri (Dilənçiliiyə və fahişəliyə məcbur etmə)
  • Çirkli pulların yuyulması

Axırıncı dövrlər

Axır zamanlarda beynəlxalq və milli təhlükəsizliyi təhdid edən ən mühüm problemlərdən biri hesab edilir. Onların terror təşkilatları ilə də əlaqələri mövcud ola bilər.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Avropa İşçi Qrupunun 28-31 mart 1996-cı il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilmiş olan iclası zamanı mütəşəkkil cinayətkarlığın formalaşması üçün müəyyən edilmiş kriteriyalar aşağıdakılardır:

  1. Haqsız qazanc əldə etmək üçün bir yerə yığılmış və aralarında əmək bölgüsü olan iyerarxik struktur,
  2. Cinayət yolu ilə əldə edilmiş olan gəlirlər,
  3. Cinayətlərin törədilməsi məsələsində müntəzəmlik,
  4. Mövcud mütəşəkkil strukturun daxilində tətbiq edilən sanksiya sisteminin mövcud olması,
  5. Zorakılıq və təhdid kimi üsullardan istifadə edilməsi,
  6. Dövlət və şəxsi (xüsusi) sektorlara nüfuz edilməsi,
  7. Əldə edilmiş olan çirkli pulların yuyulması.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mütəşəkkil cinayətkarlıq sözünün mənası, mütəşəkkil cinayətkarlıq haqqında məlumat. mütəşəkkil cinayətkarlıq nədir? mütəşəkkil cinayətkarlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ədliyyə

  • Fevral 27, 2026

    Aşıq Alı

  • Fevral 27, 2026

    Bürcilər

  • Fevral 27, 2026

    Kamçatka

  • Mart 06, 2026

    Katib Çələbi

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst