Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəzər ovalığı (qaz. Каспий маңы ойпаты) — Qazaxıstan və Rusiyanın Şərqi Avropa düzənliyində yerləşir. Xəzər dənizinin şimal hissəsini əhatə edir.

Xəzər ovalığı

  • Ana Səhifə
  • Vikipediya
  • Xəzər ovalığı

Xəzər ovalığı (qaz. Каспий маңы ойпаты) — Qazaxıstan və Rusiyanın Şərqi Avropa düzənliyində yerləşir. Xəzər dənizinin şimal hissəsini əhatə edir.

Xəzər ovalığı
qaz. Каспий маңы ойпаты
Ümumi məlumatlar
Mütləq hündürlüyü 149 m
Sahəsi 200 000 km²
Yerləşməsi
47°32′ şm. e. 49°01′ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  •  Qazaxıstan
Xəzər ovalığı xəritədə
Xəzər ovalığı
Xəzər ovalığı
Xəzər ovalığı xəritədə
Xəzər ovalığı
Xəzər ovalığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Xəzər ovalığı şimalda - Obşı Syrt, qərbdə Volqa dağları və Eeqeni, şərqdə - Ural yaylası və Üstyurd ilə əhatə olunmuşdur. Ovalığın sahəsi 200 min km²-dir. Ovalığın maksimal hündürlüyü 149 m-ə qədərdir. Cənub hissəsi isə dəniz səviyyəsindən 28 m aşağıda yerləşir. Ovalığın şimal-qərb hissəsi, Erqeni dağları, Kumo-Manc çökəkliyi və Volqa arasındakı ərazi Qara torpaqlar adlanır. Səhra Xəzər çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.

Kalmıkiya ərazisinin 47,3 % təşkil edir. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir. Səhranın sahəsi 40 000 km² təşkil edir.

Xəzər ovalığı dənizə doğru mailliyi ilə seçilir. Bununla belə ərazisində ayrı-ayrı yüksəkliklər qalxır - İnder dağları, Böyük Boqdo, Kiçik Boqdo və s.

Ovalıqdan axan çaylar: Volqa, Ural, Emba, Kuma), Terek və s. Kiçik çayları (Böyük və Kiçik Uzen, Vil, Saqiz) yayda quruyur və ya bir sıra boşluqlara dolaraq göl əmələ gətirir - Kamış-Samara gölü, Sarpa gölü. Ərazidə çoxlu duzlu göllər vardır (Baskunçak, Elton, İnder, Botkul və s.).

Geoloji quruluş

Xəzər ovalığı bir neçə iri tektonik stuktura sahibdir. Bunlar arasında Xəzər sineklizi, Erqeninski qalıxması, Noqay və Terek çökəkliklərini göstərmək olar. Ovalığın dörddə biri dəfələrlə dəniz altında qalmışdır. Şimal hissədə gilli, cənubda isə qumlu düzənliklər bunun bariz nümunəsidir.

iqlim və bitki örtüyü

İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu şimalda -14 °C, sahildə −8 °C, iyulda şimalda +22 °C, cənubda isə + 24 °C-ə qədər dəyişir. Yağıntılar cənub-şərqdə 200–150 mm-dən şimal-qərbdə 350 mm-ə, buxarlanma isə 1000 mm-ə qədərdir. Tez-tez quru küləklər müşahidə olunur. Xəzər ovalığının torpaqları və bitki örtüyü daha mürəkkəbliyi ilə xarakterizə olunur. Tez-tez duz bataqlığı, şoranlıqlar müşahidə olunur. Şimalda açıq şabalıdı torpaqlarda yovşan bitir. Cənubda qəhvəyi və qumlu torpaqlarda yarımsəhra və çöllər yayılmışdır.

İqtisadi əhəmiyyəti

Otlaq kimi istifadə olunur.

Volqa-Axtuba yaylasında bostançılıq, bağçılıq və tərəvəzçilik geniş yayılmışdır.

Neft və qaz hasilatı (Xəzər neft-qaz əyaləti), göllərdə - duz istehsalı (Baskunçak, Elton və s.) həyata keçirilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xəzər ovalığı sözünün mənası, xəzər ovalığı haqqında məlumat. xəzər ovalığı nədir? xəzər ovalığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muradbəyli

  • Mart 02, 2026

    Dərbənd (qəzet)

  • Fevral 27, 2026

    Tragiinae

  • Fevral 27, 2026

    Xavəran

  • Fevral 27, 2026

    Qılman İlkin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst