Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın b

Ceyms Hetton

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyms Hetton

Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həm də aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur.

Ceyms Hetton
James Hutton
Doğum tarixi 3 iyun 1726
Doğum yeri Edinburq Şotlandiya Şotlandiya
Vəfat tarixi 26 mart 1797 (70 yaşında)
Vəfat yeri Edinburq Şotlandiya Şotlandiya
Vəfat səbəbi sidik kisəsi xərçəngi[d]
Vətəndaşlığı  Böyük Britaniya
Elm sahələri Geologiya , Kimya
İş yerləri Edinburq Universiteti , Paris Universiteti
Təhsili
  • Edinburq Universiteti (1740–1743),
  • Sorbonne Paris Universiteti (1746–1747),
  • Leyden Universiteti (1747–1749),
  • Edinburq Universiteti (1744–1746)
Elmi rəhbəri Kolin Maklaurin
Tanınır Müasir geologiya elminin banisi, Plutonizm nəzəriyyəsinin yaradıcısı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orada üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş.

1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi.

Elmi fəaliyyəti

Ceyms yüksək müşahidə qabiliyyətin malik idi. Onun əldə etdiyi ən mühüm nəticələrdən biri qranit və bazaltların maqmatik mənşəli olması qənaətinə gəlməsidir. Bununla da o, plutonizm nəzəriyyəsinin əsasını qoyur. O, bu nəzəriyyəsi barədə əvvəlcə Edinburq kral elmi cəmiyyətdə məruzə edir. Sonra isə həmin məruzəni cəmiyyətin jurnalda dərc etdirir. Hetton Yerin tsiklik inkişaf modelini verir:

" Bizim planet dinamiki tarazlıq vəziyyətindədəir. Vulkanların püskürməsi sayəsində planetimiz daim daxili hərəkətlərdən azad olur və qurunun qalxması hadisəsi baş verir. Dənizlərdə çıküntülər əmələ gəlir. Yerin mənzərəsi kataklizmlər nəticəsində deyil, tədricən dəyişir. Təbiətdə baş verən bütün hadisələr sabit xarakterlidir... "
Edinburq Kral Cəmiyyətinın jurnalın üz qabığı. Bu nömərədə Ceyms Hettonun "Yer nəızəriyyəsi" əsəri çap olunubu

Hetton elmə uniformizm (aktualizm) adlanan "geoloji proseslərin saxlanması" prinsipini gətirmişdir. Sonralar bu fikiri onun varisi Çarlz Layel inkişaf etdirmişdir. Bu nəzəriyyə üzərində Hetton uzun müddət işlədikdən sonra ikicildlik " Yer nəzəriyyəsi" traktatı işıq üzü görür. Lakin öz həmkarlarının müsbət rəyini eşitməmiş Hetton dünyasını dəyişir.

Əsərləri

  • Kömürün təbəti. (Nature of Coal, 1777)
  • Yağış nəzəriyyəsi. (Theory of Rain, 1784)
  • Elmın araşdırma prinsipləri.(Investigations of the Principles of Knowledge, 1794)
  • İşıq, istilik və od fəlsəfəsi traktatı.(A Dissertation on the Philosophy of Heat, Light and Fire, 1794)
  • Təbiət tarixinın müxtəlif cisimlərfi haqqında traktat. (Dissertations on Different Subjects in Natural History, 1792)
  • Yer nəzəriyyəsi.(Theory of the Earth, 1788)

Şərəfinə adlanıb

1970-ci ildə Beynəlxalq astronomiya cəmiyyəti Ayın görünməyən tərəfində olan bir krateri Hettonun adı ilə adlandırmş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceyms hetton sözünün mənası, ceyms hetton haqqında məlumat. ceyms hetton nədir? ceyms hetton nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Minneapolis

  • Fevral 27, 2026

    Şeyx Həmdullah

  • Fevral 27, 2026

    Xatun dağı

  • Mart 01, 2026

    Assitin

  • Fevral 27, 2026

    Peripatetizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst