Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kral

Jiça

  • Ana Səhifə
  • Vikipediya
  • Jiça

Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir.

Pravoslavlıq
Jiça
Жича
Žiča
Xəritə
Din
Həsr olunub İsanın göyə yüksəlişi
Himayəsi Serb Pravoslav Kilsəsi
Ölkə
  •  Serbiya
Memarlıq
İnşa tarixi 1207 – 1217
Tikdirəni
  • Stefan Nemaniç
zica.org.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi.

Mündəricat

Tarix

Jiça monastırının girişi

1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.

1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.

1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.

1941-ci ildə Serbiyadakı üsyan zamanı Kraljevo mühasirəsi içərisindəki ilk atışmalar 9 oktyabr 1941-ci ildə günortadan sonra Jiça monastırı yaxınlığında başladı. 10 oktyabrda alman hava qüvvələri beş təyyarə istifadə edərək Jiça Manastırını bombaladı və kilsəsinə əhəmiyyətli dərəcədə zərər verdi. Monastır yaxınlığında döyüş, Almanlar üsyançı xətləri qıraraq monastırı atəşə verdikdə 11 Oktyabrın səhərinə qədər davam etdi.

Jiça 1889-cu ildə

Qalereya

  • Monastır binası
    Monastır binası
  • Jiçadan freska.
    Jiçadan freska.
  • Jiçadan freska.
    Jiçadan freska.
  • Müqəddəs Teodor Stratelates kilsəsi.
    Müqəddəs Teodor Stratelates kilsəsi.

Həmçinin bax

  • Mileşeva monastırı
  • Qraçanitsa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jiça sözünün mənası, jiça haqqında məlumat. jiça nədir? jiça nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hüseyn Şərif

  • Mart 06, 2026

    Andi Göysu

  • Mart 06, 2026

    Yeysk

  • Mart 06, 2026

    Təfriş şəhristanı

  • Fevral 24, 2026

    Ornitoloji turizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst