Tacqoyma ya Taxta-çıxma (lat. Coronatio) — monarxiya quruluşu ölkələrdə yeni monarxın hakimiyyətə gəlişi bəyan edən, təntənəli təşkil olunmuş mərasim. Bu zaman iddiaçı şahzadə ya sələf təntənəli şəkildə üç vacib hökmdar rəmzini qəbul edir: taxta oturur, başına tac qoyulur və əlinə hökmdar əsası verilir. Xristian aləmində tanrının xeyir-duasını almaq məqsədilə bu mərasim ölkənin baş kilsə məbədində keçirilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tacqoyma haqqında məlumat. Tacqoyma nədir? Tacqoyma nə deməkdir?