Bokkoni Universiteti və ya tam adı Luici Bakkoni adına Kommersiya Universiteti (it. Università Commerciale Luigi Bocconi) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; biznes sahəsi üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. Bokkoni Universiteti dünyanın ən nüfuzlu universitetlərindən biri kimi qəbul edilir və Milanın tarixi mərkəzindəki Viale Bligny yerləşir .
| Bokkoni Universiteti UNIBOCCONI | |
|---|---|
| | |
| Tip | Özəl |
| Əsası qoyulub | 10 noyabr 1902 |
| Prezident | Mario Monti |
| Rektor | Andrea Sironi |
| Tələbə sayı | 13.404 (7 yanvar 2015) |
| Ölkə | |
| Ünvan | İtaliya, Milan şəhəri |
| Universitet şəhərciyi | Viale Bligny Milan |
| Sayt | www.unibocconi.eu |
| 45°27′01″ şm. e. 9°11′23″ ş. u.HGYO | |
![]() | |
Tarixi
Universitet 10 noyabr 1902-ci ildə fəaliyyətə başlamışdır.

Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bokkoninin oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır. Həmçinin bu ali təhsil müəssisəsi həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Bu döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.
Bu ali məktəb İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi.
Fəaliyyəti
Ferdinand Bokkoni tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə fəaliyyət göstərir. Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir.

Universitetdə iqtisadiyyat, menecment və digər ixtisaslar üzrə bakalavr, magistr və elmlər doktoru (PhD) dərəcəsi almaq mümkündür. MBA diplomuna isə SDA Bokkoni Menecment məktəbində təhsil almaqla əldə edilə bilər. Bundan əlavə, universitet ixtisasın artırılması və biznesin müxtəlif növləri üzrə yüzlərlə proqram təklif edir.
Əcnəbi tələbələr üçün təhsil imkanları
Bokkoni Universitetinin əcnəbi tələbələr üçün əlavə cəlbedici cəhəti tək italyan dilində deyil, ingilis dilində də tədrisin aparılması, həmçinin təqaüdün əlçatan olmasıdır.
Reytinqi
"Vol Strit" jurnalının (ing. "The Wall Street Journal") apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.
Bokkoni Universiteti əsasən "İqtisadiyyat" və "Maliyyə" ixtisasları üzrə təqdim etdiyi diplomalara görə yüksək qiymətləndirilir. SDA Bokkoni Menecment məktəbi isə Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Mario Monti — İtaliyanın sabiq baş naziri;
- Klarens Zeedorf — Niderlandlı keçmiş futbolçu;
- Alessandro Profumo — banker.
Həmçinin bax
- SDA Bokkoni Menecment məktəbi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bokkoni universiteti sözünün mənası, bokkoni universiteti haqqında məlumat. bokkoni universiteti nədir? bokkoni universiteti nə deməkdir?
