Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaxtanq İliç Kotetişvili (gürc. ვახტანგ ილიას ძე კოტეტიშვილი; 24 oktyabr 1893 – 17 yanvar 1937) — folklorşünas, esseist, ədəbiyyatşünas alim, tənqidçi, tarixçi,

Vaxtanq Kotetişvili

  • Ana Səhifə
  • Vikipediya
  • Vaxtanq Kotetişvili

Vaxtanq İliç Kotetişvili (gürc. ვახტანგ ილიას ძე კოტეტიშვილი; 24 oktyabr 1893 – 17 yanvar 1937) — folklorşünas, esseist, ədəbiyyatşünas alim, tənqidçi, tarixçi, rəssam, heykəltəraş, sənətşünas, jurnalist və ictimai xadim. Gürcü folklorşünaslığının banisi.

Vaxtanq Kotetişvili
gürc. ვახტანგ ილიას ძე კოტეტიშვილი
Doğum tarixi 24 oktyabr 1893(1893-10-24)
Vəfat tarixi 17 yanvar 1937(1937-01-17) (43 yaşında)
Uşağı
  • Vaxuşti Kotetişvili
Təhsili
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası

Mündəricat

Həyatı

Qara çuxa geyinənlər, Konstantin Qamsaxurdiya, Aleksandr Abaşeli, Pavle İnqorokva və Vaxtanq Kotetişvili (sağdan ikinci)

Vaxtanq Kotetişvili 1893-cü ildə Gürcü kilsəsinin baş keşişi (protoierey) İlya Kotetişvili və Yekaterina Bidzinaşvilinin ailəsində anadan olub. Ondan başqa ailədə daha üç uşaq olub. Bacısı İvlita və qardaşları Giqo və Lado.

Vaxtanq Kotetişvili 1911-ci ildə Tiflis İlahiyyat Seminariyasını bitirmiş, müqəddəs ordenlər almış və Vladimir Bexterev tərəfindən yaradılmış Sankt-Peterburq Psixonevroloji İnstitutunun pedaqoji fakültəsində təhsilini davam etdirmişdir.

Kotetişvili 1914-1918-ci illərdə Dorpat Universitetinin (hazırda Tartu Universiteti) tarix-filologiya fakültəsində təhsil almışdır. 1918-ci ildə universiteti bitirib. 1919-cu ildən Tiflisdə müxtəlif məktəblərdə müəllim işləmişdir.

Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən ilk məzunlar (akademiyanın verdiyi diplomda birinci məzun) arasında olub. Sonradan Vaxtanq Kotetişvili 1930-1932-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru olub.

Vaxtanq Kotetişvili XIX əsr gürcü ədəbiyyatı tarixi kursunu yaratmışdır. O, Tbilisi Dövlət Universitetində folklor kafedrasını yaratmış, mühazirələr oxumuş, ilk folklor ekspedisiyasını təşkil etmişdir.

Gürcüstanın sovetləşdirilməsindən sonra Vaxtanq Kotetişvili 1921-ci ilin fevralında Gürcüstanın Sovet Rusiyasına birləşdirilməsinə etiraz olaraq, yazıçı Konstantin Qamsaxurdiya, tarixçi Pavle İnqorokva və şair Aleksandr Abaşeli ilə birlikdə bir neçə ay qara matəm çuxası geyinib.

Vaxtanq Kotetişvili 30-cu illərdə sökülməsi planlaşdırılan Mtatsmindadakı Müqəddəs David kilsəsini (Mama-Daviti) fədakarlıqla müdafiə edib.

Vaxtanq Kotetişvili repressiya qurbanı olub. O, 1937-ci il yanvarın 17-də güllələnib.

Ailəsi

  • Qızları - Leyla, Manana
  • Oğlu - Vaxuşti Kotetişvili (1935-2008) - ədəbiyyatşünas, folklorşünas və tərcüməçi.
  • Nəvəsi - Quqa Kotetishvili - rəssam.
  • Nəvəsi - Tato Kotetişvili (1959, Tbilisi - 1997, Rotterdam) - rejissor, 1997-ci ildə vəfat edib.

Xatirəsi

Tbilisidə bir küçə Vaxtanq Kotetişvilinin adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaxtanq kotetişvili sözünün mənası, vaxtanq kotetişvili haqqında məlumat. vaxtanq kotetişvili nədir? vaxtanq kotetişvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dənizli ili

  • Fevral 27, 2026

    Pioner 10

  • Fevral 27, 2026

    Əliağa Ağayev

  • Mart 06, 2026

    Rüstəm Mustafayev

  • Mart 01, 2026

    Naissaar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst