Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Dmitrieviç Aqniaşvili (gürc. ვლადიმერ (ლადო) დიმიტრის ძე აღნიაშვილი; 7 fevral 1860 – 23 aprel 1904 və ya 6 may 1904) — görkəmli gürcü pedaqoqu, ictimai

Lado Aqniaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Lado Aqniaşvili

Vladimir Dmitrieviç Aqniaşvili (gürc. ვლადიმერ (ლადო) დიმიტრის ძე აღნიაშვილი; 7 fevral 1860 – 23 aprel 1904 və ya 6 may 1904) — görkəmli gürcü pedaqoqu, ictimai xadim, dilçi və lüğətşünas, etnoqraf, folklorşünas və publisist.

Lado Aqniaşvili
gürc. ვლადიმერ აღნიაშვილი
Doğum tarixi 7 fevral 1860(1860-02-07)
Vəfat tarixi 23 aprel 1904(1904-04-23) (44 yaşında) və ya 6 may 1904(1904-05-06) (44 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Milliyyəti gürcü
Fəaliyyəti dilçi, folklorşünas, etnoqraf, musiqi müəllimi, publisist
Fəaliyyət illəri 1881-1904
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vladimir (Lado) Aqniaşvili 1860-cı il fevralın 7-də Telavi qəzasının (indiki Kvarli rayonu) Şilda kəndində anadan olmuşdur. O, fevralın 13-də vəftiz olunub, mərasimi həmin kənddəki Allah Anası Kilsəsinin keşişi Vartlome Yordanov, ruhanilər (diyakonlar) İosif və Aleks Aqniaşvili ilə birlikdə həyata keçirib.

Valideynləri: Şilda kəndindəki Allah Anası Kilsəsinin keşişi Dimitri Aqniev və onun həyat yoldaşı Syulierinin qızı Yekaterina Zaharia, hər ikisi pravoslavdır. Onun xaç atası gürcü piyada alayının 3-cü rotasının zabiti, şahzadə Levan Jorjadze olub. Onun ailəsi böyük olub. Ladonun 9 bacısı və qardaşı var idi. Onun nəsili hələ də Tbilisidə, Kvarli rayonunda və s. yaşayır.

Ehtiraslı və daim ictimai işlərlə məşğul olan Lado özü ailə həyatı qurmayıb. Onun uşaqlığı və gəncliyi ailə adətləri, doğma Şilda kəndi və onun məşhur adət-ənənələri ilə sıx bağlı olub.

1868-ci ilin sentyabrında Lado atasının təşəbbüsü ilə həmin il açılan Şilda kəndindəki məktəbə daxil olur.

Lado Aqniaşvili 1872-ci ildə ibtidai məktəbi bitirib. 1872-1877-ci illərdə Telavi İlahiyyat Seminariyasında, 1877-1881-ci illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb, 1881-ci il iyunun 14-də onu nümunəvi davranış və fərqlənmə diplomu ilə bitirib.

Bədii fəaliyyəti

Vladimir (Lado) Aqniaşvilinin ilk əsərləri rus dili dərsliyinin və rusca-gürcücə lüğətin nəşri ilə bağlıdır.

1881-ci ildə Tiflis Dövlət Xalq Məktəbinə (inspektor Nikolay Lomouri) gürcü və rus dilləri müəllimi təyin edilib. Lado Aqniaşvili 1883-1893-cü illərdə Tiflisdəki gürcü katolik kilsə məktəbində dərs deyib.

1883-cü ildə "İbtidai gürcü məktəblərində rus dilinin öyrənilməsində ilk addım" dərsliyini nəşr etdirib. 1887-ci ildə Lado Aqniaşvili rusca-gürcücə lüğətini (“Cib lüğəti”) hazırlayıb. Elə həmin il onun təşəbbüsü ilə 1894-cü il mayın 31-də rəsmi açılışı olan Gürcü Kitab Nəşriyyatı yaradılıb.

1885-1888-ci illərdə Lado Aqniaşvili sonralar “Gürcü xoru” kimi tanınan gürcü etnoqrafik xorunu təşkil edib. İlk konsert 1886-cı il noyabrın 15-də Gürcü Teatrında baş tutub. Musiqi qrupu bu gün də Gürcüstanın “Erisioni” Dövlət Akademik Xalq Mahnı və Rəqs Ansamblı kimi mövcuddur.

1888-ci ildə L.Aqniaşvili gürcü xalq nağılları əsasında iki tamaşa səhnələşdirib. bunlar “Karamaniani” (3 pərdə, 11 pərdə) və “Tarieli” (3 pərdə, 10 pərdə) əsərləridir. 1889-cu ildə gürcü teatrına rəhbərlik edib.

1890-cı ildə Gürcü Kitab Nəşriyyatı Lado Aqniaşvilinin topladığı xalq nağıllarını (1-ci kitab, 15 nağıl) nəşr edib.

1892-ci il sentyabrın 1-də o, Gürcü Savadlılar Cəmiyyətinin həqiqi üzvü olur. 1892-1893-cü illərdə ailə mütaliəsi üçün Aqniaşvilinin “Yeni əlifba”sının 8 kitabı nəşr olunur. Bunlar gürcü əlifbasının ilk hərfləri: “Ani”, “Bani”, “Qani”, “Doni”, “Eni” - 1892; "Vini" - miniatür mineralogiya, "Zen" - miniatür botanika, "Tan" - miniatür zoologiya - 1893 əsərləridir.

5-10 may 1893-cü ildə Aqniaşvili “Axali Anbani”nin tənqidinə cavab olaraq “Kaçaluya, biganə tənqidçi cənab “Paata”ya cavab və “İveriya” redaktoruna iki sual" adlı kiçik əsərini yazır.

1894-cü ildə o, Qacar dövlətinə səyahər edərək orda yaşayan gürcülər arasında qorunan gürcü əxlaqını - adət-ənənələrini və s haqda məlumat toplayır.

1896-cı ildə “Moambe” jurnalı “Qacar dövləti və oradakı gürcülər” kitabından Lado Aqniaşvilinin “Bir səyahətçinin məktubları”nı nəşr edir. Həmin il onlar ayrıca kitab kimi nəşr olunur.

Aqniaşvili 1895-1899-cu illərdə “Cedjil” adlı gənclərin aylıq nəşri ilə əməkdaşlıq edir və orada bitki və heyvanlar haqqında “Heyrətləndirici təbiət” silsilə məqalələri dərc etdirir.

1896-1897-ci illərdə Kaxetiyanın Saqareco kəndi Lado Aqniaşvilini kəndin başçısı seçir. Orada aktiv ictimai fəaliyyətə başlayır. 1898-ci ildə “İveriya” qəzeti Saqarexonun paylı səhmlərinin bölünməsi məsələsini müzakirə edir. Söhbət Saqarexo sakinləri ilə Giorgitsminda sakinləri arasında əkin sahələrinin sərhədləri ilə bağlı mübahisədən gedirdi. Bu məsələnin Saqareco sakinlərinin xeyrinə həll edilməsində o zamankı Saqareco rəhbəri Lado Aqniaşvilinin böyük rolu olub. Bu hadisə o qədər məşhur olub ki, mübahisə İveriya qəzetinin səhifələrində belə əksini tapıb. Giorgitsminda sakinləri Lado Aqniaşvilini “Saqarexonun atası”, Giorgitsmindanın isə “ögey atası” adlandırıblar.

Lado Saqarexonun mədəni həyatında da iştirak edib. Məsələn: 1897-ci ildə bu müstəqil teatrın yaranmasının 10 illiyi üçün Saqareco teatrsevərlər kollektivi “Xanuma” tamaşasını tamaşaya qoyub. Bu tamaşada o, bütün Aqniaşvili ailəsi teatrsevərlər kollektivinin xeyriyyə tamaşasında iştirak edirdi. Lado Aqniaşvili teatr həyatında baş verən bütün mühüm hadisələrə fəal reaksiya verir və o dövrdə nəşr olunan jurnal və qəzetlərdə tamaşaların icmallarını dərc etdirirdi.

1897-ci ildə Lado Aqniaşvilinin rəhbərliyi ilə Gürcüstanın "Şuamavali" nəşriyyat şirkəti (kooperativ) yaradıldı. 1900-1901-ci illərdə Lado Aqniaşvili Mama-Davit məktəbində müəllim olub.

Vəfat etməsi

Yorulmaz, uzunmüddətli iş illər ərzində Lado Aqniaşvilini yormuş, onu ruhən tükəndirmişdi. O, serebral iflicdən əziyyət çəkərək ruhən xəstələnmişdi. 1901-ci il fevralın 27-də o, Mixeili xəstəxanasına yerləşdirilir, burada uzun sürən müalicədən sonra Lado Aqniaşvili 1904-cü il aprelin 10-da vəfat edir. O, Tbilisidəki Kukiya qəbiristanlığında dəfn olunub. Gürcü müğənnilər onu Kukiya qəbiristanlığına mahnı ilə müşayiət etmiş, bununla da ona hörmət və minnətdarlıqlarını bildirmişlər.

Ədəbiyyat

  • იმედაშვილი ი., ლადო აღნიაშვილი, ტფ., 1929;
  • მეტრეველი პ., ლადო აღნიაშვილი, «მნათობი», 1960, № 6;
  • მაცაბერიძე, ჩხიკვაძე გ., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, თბ., 1977. — გვ. 61.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lado aqniaşvili sözünün mənası, lado aqniaşvili haqqında məlumat. lado aqniaşvili nədir? lado aqniaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aviasiya sənayesi

  • Fevral 27, 2026

    Çay dərələri

  • Mart 06, 2026

    Başqırdıstan bayrağı

  • Fevral 27, 2026

    Ellinlər

  • Fevral 27, 2026

    Tualet

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst