Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tualet və ya Ayaqyolu — insanların təbii ehtiyaclarını ödədiyi məkan. İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer ça

Tualet

  • Ana Səhifə
  • Vikipediya
  • Tualet

Tualet və ya Ayaqyolu — insanların təbii ehtiyaclarını ödədiyi məkan. İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.

Boinq 747-nin tualeti
Antik Roma tualeti, Efesdə mövcuddur.

Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.

Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib. Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən "Diqqət, tökürəm" deyə bağırması lazım idi.

İlk su ilə yuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransua üçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi də kağız üzərində qalıb. Sonralar kralın qəbullarında güvəci dəbə salan ilk adam da məhz I Fransua olub.

Ümumiyyətlə, İntibah dövrünə aid bir sıra saray banketləri rəsmlərində və karikaturalarda saray əyanları oturduqları stulun qabağında yemək, altında isə güvəclə təsvir olunub.

Avropada 1596-cı ildə Con Harrinqton su ilə yuyulan ayaqyolu layihəsini İngiltərə kraliçası Elizabet üçün hazırlayıb. Lakin Elizabet onu qiymətləndirməyib və Harrinqtonun ixtirası hardasa 20 il unudulub. Yalnız 1738-ci ildə Brondelin cəhdləri nəticəsində tualetin yuyulan variantı meydana gəlib. Fərziyyələrdən birinə görə, həmin vaxtdan etibarən ilk dəfə olaraq Fransada tualetsiz ev tikməyə icazə verməməyə başlayıblar. Onda ilk ictimai tualet tikilib və qadınlarla kişilərin tualeti ayrılıb.

Tualet stulu (Avropa, XIX əsr)

XVIII əsrin ortalarında mühəndislərin su ilə yuyulan ayaqyolu ilə bağlı ideyaları yaranıb. Nəhayət, 19-cu əsrdə kiçik Britaniya kəndindən olan çilingər Tomas Krepper kanalizasiyaya çıxışı olan və pis qoxunu rədd etmək üçün suyun axıdıla biləcəyi müasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib. İlk unitaz farfordan hazırlanıb və vaza şəklində olub. Krepper öz şirkətini yaradaraq Bukingem və Vindzor saraylarında bu santexnika aparatlarını quraşdırıb.

XX əsrin əvvəllərində İspaniya şirkəti olan "Unitas" (bu sözün ilk hərfi U-şəkilli boruya işarə idi) oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Həmin firmanın sayəsində "unitaz" sözü məişətə daxil olub.

Mündəricat

Kimyəvi tualet

Kimyəvi tualet - kanalizasiya sisteminə qoşulmayan və ümumiyyətlə daşınan, tullantıları parçalamaq üçün xüsusi kimyəvi maddələrin istifadə edildiyi və xoşagəlməz bir qoxu məhv edən bir tualet. Kimyəvi tualetlərdə tez-tez xüsusi bir yuyucu maye istifadə olunur. Belə tualetlər əlillər üçün, müəssisələr küçəsində yerləşən işçilər üçün istifadə olunur.

Dünya Tualet Günü

Hər il 19 noyabr tarixində qeyd olunur.

Həmçinin bax

  • Ümumdünya Tualet Günü
  • Güvəc
  • Unitaz

Şəkillər

  • Antik Afina tualeti
    Antik Afina tualeti
  • Qədim yapon tualeti
    Qədim yapon tualeti
  • Səyyar tualet avtobusu
    Səyyar tualet avtobusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tualet haqqında məlumat. Tualet nədir? Tualet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hücumçu

  • Fevral 27, 2026

    On

  • Fevral 27, 2026

    Anton Çexov

  • Fevral 27, 2026

    Xomeyn şəhristanı

  • Fevral 27, 2026

    Fasih Havafi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst