Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseynhacılı — Azərbaycan Respublikasının Masallı rayonunun Öncəqala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-c

Hüseynhacılı

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseynhacılı

Hüseynhacılı — Azərbaycan Respublikasının Masallı rayonunun Öncəqala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Hüseynhacılı kəndi Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Öncəqala kəndi olmaqla, Öncəqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Hüseynhacılı
39°02′ şm. e. 48°45′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Hüseynhacılı xəritədə
Hüseynhacılı
Hüseynhacılı

Mündəricat

Toponimiyası

Yaşayış məntəqəsi hacılı tayfasından Hüseynağa adlı şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçmişdə Hüseynhacıyan da adlanırdı.

Tarixi

Xorasan mənbələrinə əsasən demək olar ki, Səfəvilər dövləti süquta yetdikdən sonra yaranmış Əfşarlar dövlətinin banisi – Nadir şah Cavad kəndinin yaxınlığında tacqoyma mərasimindən sonra Səfəvilər nəslindən olanların yenidən hakimiyyətə gəlmələrindən narahat olaraq onlara divan tutmaq qərarına gəlir. Nadir şah – Aslan Mirzənin nəslindən olanların yaşamasından xəbər tutaraq, 1742-ci ilin sonlarında onları öldürmək üçün sui–qəsd hazırlatdırır. Sui–qəsdin olacağını anlayan Hüseyn, böyük qardaşının övladlarını nökərləri ilə birgə Talış xanının yanına yola salıb özü bir gün sonra üç oğlu ilə onların arxasınca Talış mahalına getmək üçün yola düşür. Yolda sui–qəsdçilərlə rastlaşır. Sui–qəsd nəticəsində Hüseyn sol qolundan yaralansa da qaça bilir. Ancaq üç oğlu öldürülür. Sui–qəsdçilər Nadir şahın qorxusundan gəlib bildirirlər ki, Aslan Mirzəninin nəslindən olanları qılıncdan keçirib öldürürdük. Halbuki, Hüseynin 3 oğlunu öldürsələr də özünü öldürə bilməmişlər. Səfəvi soyundan olan Hüseyn və qardaşı oğulları Nadir şahın zülmündən qaçıb bir müddət Talış mahalında yaşadıqdan sonra, bu ərazilərə gəlirlər. Hazırkı Hüseynhacılı və Qasımlı kəndlərinin əraziləri Talış xanı – Seyid Cəmaləddin (Qara xan) tərəfindən 1749-cu ildə Hüseynə və onun qardaşı oğullarına torpaq sahəsi olaraq verilmişdir. Hüseynhacılı İcmasının tərkibində olan Qasımlı kəndinin səlahiyyətli şəxslərindən olmuş – Sultan Əhməd Yarəhməd oğlunun 1843-cü ildə Nəstəliq xəttində yazılmış şəcərnamənin rus dilinə tərcümə etdiyi sənəddən aydın olur ki, Tağıdan törəyənlər Tağılı kəndinin, Hüseyndən törəyənlər isə Hüseynhacılı kəndinin əsasını qoymuşlar. Həmçinin, Rusiya Federasiyası Tarix Arxivində saxlanılan sənədə (fond 294, sənəd №1, səhifə 14-ə) əsasən demək olar ki, Hüseyn və Mirzə Toğrul qardaşlarının atasının adı Hacı İsmayıl Mirzə olmuşdur. Qasım Mirzə Toğrul oğlu mükəmməl dini–elmi savada malik olmuşdur. O, 1756-cı ildə kənddə mədrəsə açaraq insanları maarifləndirmiş, onlara dini və dünyəvi təhsil vermişdir. Qasım Mirzə Toğrul oğlu 1764-cü ildə Hüseynhacılı kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. 1921-ci ildən Qasımlı kəndi Yeddioymaq kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra kənd sovetliyi inzibati ərazi dairəsi adlanır və hal hazırda da Qasımlı kəndi Yeddioymaq kənd inzibati ərazi dairəsinin tərkibindədir.

Əhalisi

1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Hüseynhacılı kəndində 125 evdə 538 nəfəri kişilər, 467 nəfəri isə qadınlar olmaqla 1.005 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Hazırda kəndin əhalisi 1194 nəfərdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüseynhacılı sözünün mənası, hüseynhacılı haqqında məlumat. hüseynhacılı nədir? hüseynhacılı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ana (albom)

  • Fevral 27, 2026

    Nəsirvaz

  • Fevral 27, 2026

    Çobanilər

  • Fevral 27, 2026

    Ursus minimus

  • Fevral 27, 2026

    İkinci Ağalı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst