Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2005–2023), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2000–2005), Baş prokurorun müavini — respublikanın hərbi prokuroru (1995–2000), II dərəcəli dövlət ədliyyə müşaviri (2002), general-mayor (1998), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2008).
| Ramiz Rzayev | |
|---|---|
| 19 aprel 2005 – 6 mart 2023 | |
| Əvvəlki | Südabə Həsənova |
| Sonrakı | İnam Kərimov |
| 17 may 2000 – 19 aprel 2005 | |
| Baş prokuror | Zakir Qaralov |
| Əvvəlki | İsa Nəcəfov |
| Sonrakı | Rüstəm Usubov |
| 17 iyun 1995 – 17 may 2000 | |
| Baş prokuror | Eldar Həsənov Zakir Qaralov |
| Əvvəlki | Nizami Təhməzov |
| Sonrakı | Siyasət Alıyev (i. e.) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 fevral 1953 (73 yaş) |
| Doğum yeri |
|
| Rütbəsi | II dərəcəli dövlət ədliyyə müşaviri General-mayor |
| | |
| Təltifləri | |
Həyatı
Ramiz Yaqub oğlu Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə Ramiz Rzayevə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
6 mart 2023-cü ildə Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Ailəlidir, 3 övladı var.
Təltifləri
- Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir
- Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir
- Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
- Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.
- Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ramiz rzayev sözünün mənası, ramiz rzayev haqqında məlumat. ramiz rzayev nədir? ramiz rzayev nə deməkdir?