İsa Əli oğlu Nəcəfov (28 mart 1952, Oğlanqala, Noraşen rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2002-ci ildən), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (1995–2000), III dərəcəli dövlət ədliyyə müşaviri (1995), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2018).
| İsa Nəcəfov | |
|---|---|
Vəzifədədir | |
| 22 mart 2002-ci ildən | |
| 24 mart 1995 – 21 aprel 2000 | |
| Baş prokuror | Eldar Həsənov |
| Əvvəlki | Eldar Həsənov |
| Sonrakı | Ramiz Rzayev |
| 1993 – 1995 | |
| Əvvəlki | Əjdər Əhmədov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 28 mart 1952 (73 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Rütbəsi | III dərəcəli dövlət ədliyyə müşaviri |
| | |
| Təltifləri | |
Həyatı
İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970–1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifələrində işləyib.
22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.
6 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.
İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M. T. Siseronun, Platonun, Ə. H. Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl-Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil etmişdir.
Ailəlidir, iki övladı var.
10 iyul 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsa Nəcəfov haqqında məlumat. İsa Nəcəfov nədir? İsa Nəcəfov nə deməkdir?