Benedikt Rafailoviç Telinqater (1876, Monastırişe[d], Kiyev quberniyası – 1964, Batumi) — rəssam, karikaturçu və qrafik dizayner. Gürcüstan SSR Əməkdar incəsənət xadimi (1956).
| Benedikt Telinqater | |
|---|---|
| |
| Digər adı | Beno |
| Doğum tarixi | 1876 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1964 (87–88 yaşında) |
| Vəfat yeri | |
| Uşağı |
|
| Fəaliyyəti | rəssam, karikaturçu, dizayner |
Həyatı

Benedikt Rafailoviç Telinqater (Beno) 1876-cı ildə Kiyevda anadan olmuşdur. 1898-ci ilda Odessa Bədii Akademiyasını bitirmiş, Tiflisdə və Bakıda yaşamışdır. Bakıda nəşr olunan "Cigit" (1907–1913), "Zənbur" (1909–1910), "Mirat" (1910), "Kəlniyyət" (1912–1913) adlı satirik jurnalların aparıcı rəssamlarından biri olmuşdur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bu jurnalların səhifələrində yüzlərlə satirik rəsim va karikaturalari ilə çıxış etmişdir. B. Telinqater Azərbaycan karikatura sənətinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur. Gürcüstanın xalq rəssamı B. Telinqater 1964-cü ildə Gürcüstanın Batumi şəhərində vəfat etmişdir.
Həmçinin bax
- Azərbaycan karikatura tarixi
- "Molla Nəsrəddin" jurnalı
- "Zənbur" jurnalı
- "Kəlniyyət" jurnalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Benedikt Telinqator haqqında məlumat. Benedikt Telinqator nədir? Benedikt Telinqator nə deməkdir?