İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018)
| İnam Kərimov | |
|---|---|
| |
Vəzifədədir | |
| 4 aprel 2023-cü ildən | |
| Əvvəlki | Ramiz Rzayev |
Vəzifədədir | |
| 4 aprel 2023-cü ildən | |
| 21 aprel 2018 – 4 aprel 2023 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Heydər Əsədov |
| Sonrakı | Məcnun Məmmədov |
| 7 sentyabr 2012 – 21 aprel 2018 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Sonrakı | Ülvi Mehdiyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1977 (48 yaş) |
| Doğum yeri | |
| Təhsili | Bakı Dövlət Universiteti Strasburq Universiteti Paris Universiteti |
| Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
Həyatı
1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb.
1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub.
1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.
2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
İngilis, fransız, rus və fars dillərini bilir.
Ailəsi
Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
Fəaliyyəti
2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.
2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇nam kərimov sözünün mənası, i̇nam kərimov haqqında məlumat. i̇nam kərimov nədir? i̇nam kərimov nə deməkdir?
