Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əm

Arslan Gəray

  • Ana Səhifə
  • Vikipediya
  • Arslan Gəray

Arslan Gəray (1692 – 1767, Kavuşan[d]) — XXXIX Krım xanı.

Arslan Gəray
türk. Arslan Giray
XXXIX Krım xanı
29 may 1748 – mart 1756
ƏvvəlkiII Səlim Gəray
SonrakıHəlim Gəray
mart 1767 – iyun 1767
ƏvvəlkiIII Səlim Gəray
SonrakıMaqsud Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1692(1692)
Vəfat tarixi 1767(1767) (74–75 yaşında)
Vəfat yeri
  • Kavuşan[d], Kauşanski rayonu[d], Moldova
Dəfn yeri
  • Bağçasaray
Fəaliyyəti hökmdar[d]
Atası II Dövlət Gəray
Uşaqları
  • IV Dövlət Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əmisi oğlu II Səlimin ani ölümünün ardından Krım xanlığına təyin olundu (29 may 1748). Qardaşı Krım Gərayı nurəddin, əmisi II Fatehin oğlu Səlim Gərayı isə kalqay təyin etdi.

Rus işğallarının ardından darmadağın edilən Krımı abadlaşdırmağa çalışdı. Xan sarayına yeni bölümlər inşa etdirdi. Perekop, Arabat və digər mühüm qalaları gücləndirdi. Məscidlər, mədrəsələr və bulaqlar inşa etdirdi. Sərhəd boylarında ruslara qarşı ani basqınlar tərtibləmiş, rusların onu Osmanlı sarayına şikayət etməsinin ardından bu basqınlar sonlanmışdır. Reç-Pospolita və Rusiya ilə sülhü qoruduğu üçün Osmanlı sultanı tərəfindən xilat hədiyyə edilmişdir. Ancaq bilinməyən bir səbəblə 1756-cı ilin martında vəzifədən alındı.

1758-ci ildə Həlim Gərayın yerinə xan təyin edilmək istənilsə də, yerli tatar bəyləri buna qarşı çıxdı və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. 1767-ci ildə İstanbulda xan təyin edildi. Kalqay olaraq oğlu Dövlət Gərayı, nurəddin olaraq isə Qaplan Gərayı təyin etdi. 3 ay sonra Krıma doğru yola çıxsa da, indiki Moldova ərazisində vəfat etdi. Cənazəsi Bağçasaraya aparılaraq orada dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arslan gəray sözünün mənası, arslan gəray haqqında məlumat. arslan gəray nədir? arslan gəray nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ayxal

  • Mart 06, 2026

    Everson (Vaşinqton)

  • Fevral 27, 2026

    Teatr tənqidçisi

  • Mart 06, 2026

    Calanthe striata

  • Fevral 27, 2026

    Tadao Ando

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst