Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıx

Krım Gəray

  • Ana Səhifə
  • Vikipediya
  • Krım Gəray

Krım Gəray (1717, Bağçasaray – mart 1769, Krım) — XXXXI Krım xanı.

Krım Gəray
XXXXI Krım xanı
1758 – sentyabr 1765
ƏvvəlkiHəlim Gəray
SonrakıIII Səlim Gəray
noyabr 1768 – mart 1769
ƏvvəlkiMaqsud Gəray
SonrakıIV Dövlət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1717(1717)
Doğum yeri
  • Bağçasaray
Vəfat tarixi mart 1769(1769-03) (51–52 yaşında)
Vəfat yeri
  • Krım
Dəfn yeri
  • Bağçasaray
Fəaliyyəti döyüşçü
Atası II Dövlət Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıxarılması, cəmi 2 il sonra isə Həlim Gərayın devrilməsi nəticəsində 1758-ci ildə Krım xanlığına gətirildi. Oğlu Səlim Gərayı nurəddin, qardaşı Hacı Gərayı isə kalqay təyin etdi. Ancaq 7 il davam edən ilk səltənətində bu ünvanlar bir neçə dəfə əl dəyişdirdi.

Onun xanlığa gətirilməsindən narazı olan noqaylarla mübarizə aparmaq məqsədilə paytaxtı tərk etdi və Yedisan bölgəsinə çəkildi. Burada güclü bir ordu topladı və Osmanlı sultanından aldığı dəstəklə hakimiyyətini gücləndirdi. Bölgədə artan rus təzyiqinə qarşı müttəfiq axtarışına çıxan Krım Gəray Osmanlı sarayından azad olaraq Prussiya kralı II Fridrixlə müzakirələrə başladı. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələndi. Belə ki, 1762-ci ildə III Pyotrun taxta çıxmasıyla Prussiya və Rusiya arasındakı müharibə sona çatmış, bu vəziyyətdə II Fridrixin Rusiya əleyhinə ittifaq qurmağa ehtiyacı qalmamışdı.

Digər tərəfdən Polşa torpaqlarına göz dikən Krım Gəray yeni təyin olunan Polşa kralı Stanislav Avqust əleyhinə fəaliyyətə başladı. Onun bu təcavüzkar siyasəti isə Osmanlı sultanını təlaşlandırdı və 1765-ci ildə Krım Gəray vəzifədən alındı.

1768-ci ildə yeni Rusiya-Osmanlı müharibəsinin başlamasının ardından Krım taxtında daha güclü bir xan olmasını istəyən Osmanlı sultanı III Mustafanın əmriylə Krım Gəray ikinci dəfə xanlığa gətirildi. Kalqay olaraq qardaşı Arslan Gərayın oğlu Məsudu, nurəddin olaraq isə Qaplan Gərayı təyin etdi.

Dərhal indiki Ukraynanın cənub torpaqlarına hücum edən Krım Gəray burada boşaldılan kəndləri yağmalamaqdan başqa mühüm heç bir hərbi fəaliyyət göstərə bilmədi. Buradan Valaxiyaya keçən Krım Gəray indiki Moldova ərazisində anidən vəfat etdi (mart 1769).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, krım gəray sözünün mənası, krım gəray haqqında məlumat. krım gəray nədir? krım gəray nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Nadir Qazipur

  • Mart 01, 2026

    S:Mutəffifin surəsi

  • Fevral 27, 2026

    Hərbi əməliyyat

  • Fevral 28, 2026

    Şövkət Səlimova

  • Fevral 27, 2026

    Evklid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst