Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır.
| Ayxal | |||
|---|---|---|---|
| Айхал | |||
| |||
| |||
| 65°56′ şm. e. 111°29′ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1961 | ||
| Mərkəzin hündürlüyü | 514 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +7 41136 | ||
| Poçt indeksi | 678190 | ||
| Digər | |||
| мо-айхал.рф | |||
![]() Ayxal | |||
2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur.
Coğrafiya
Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür.
Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur.
Tarixi
Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur. 1962-ci ildən şəhər tipli qəsəbə statusu yaradılmışdır.
Din
Qəsəbədə "Məsihin doğuşu" Pravoslav kilsəsi var. Burada məscid də tikilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayxal haqqında məlumat. Ayxal nədir? Ayxal nə deməkdir?

