Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Həsən Təqiyyəddin Əli ibn Əbdilkafi ibn Əli ibn Təmmam əs-Subki (ərəb. تقيّ الدين السبكي‎; 1284 və ya 26 aprel 1284, Misir – 1355 və ya 22 iyun 1355, Qahir

Təqiyyəddin əs-Subki

  • Ana Səhifə
  • Vikipediya
  • Təqiyyəddin əs-Subki

Əbül-Həsən Təqiyyəddin Əli ibn Əbdilkafi ibn Əli ibn Təmmam əs-Subki (ərəb. تقيّ الدين السبكي‎; 1284 və ya 26 aprel 1284, Misir – 1355 və ya 22 iyun 1355, Qahirə) — Şafii alimi, müctəhid. Şafii fəqihi olan İbn Əbdilbər əs-Subki onun tələbəsi və əmioğlusudur.

Təqiyyəddin əs-Subki
ərəb. تقيّ الدين السبكي‎
Doğum tarixi 1284(1284) və ya 26 aprel 1284(1284-04-26)
Doğum yeri
  • Misir
Vəfat tarixi 1355(1355) (70–71 yaşında) və ya 22 iyun 1355(1355-06-22) (70–71 yaşında)
Vəfat yeri
  • Qahirə, Məmlük dövləti, Misir
Uşaqları Bahaəddin əs-Subki, Tacəddin əs-Subki
Elm sahəsi fiqh
Tanınmış yetirmələri Tacəddin əs-Subki

Mündəricat

Bioqrafiyası

Təqiyyədin, oğlunun dediyinə görə 3 Səfər 683-cü ildə dünyaya gəlmişdir. Bu da miladi tarix ilə 21 aprel 1284-cü il bərabər olur. O, ilk təhsilini atasından və digər alimlərdən aldıqdan sonra Qahirəyə yollanır. Burada əvvəl öyrəndiyi əsərləri müəllimlərə danışır. İbn Bintül-Əaz, İbn Dəqiqulid, Cəbəri, Nəcməddin ibnür-Rifa, Ələməddin əl-İraqi, Təqiyyəddin ibnüs-Saiğ, Əbdülmömin ibn Xələf əd-Dümyati, Yusif ibn Əbdürrəhman əl-Mizzi, Əbu Həyyan əl-Əndəlüsi və İbn Ətaullah əl-İskəndəri kimi alimlərdən fiqh, üsul, kəlam, məntiq, nəhv, lüğət, təfsir, qiraət, hədis və təsəvvüf dərsləri alaraq özünü təkmilləşdirir.

Hicri 706-cı (1306) ildə Dəməşqə gedən Subki bir il sonra Qahirəyə qayıdır və müəlliflik, fətva və tədrislə məşğul olur. Hicri 716-cı (1316) ildə həccə gedir. Misirdə Şafii məzhəbinin öndərinə çevrilən Subkidən hər kəs fətva soruşmağa başlayır. Hicri 739-cu (1338) ildə Sultan I Məhəmməd ibn Qalavun tərəfindən Dəməşq qazıl-qudatı təyin edilir. Əməvi məscidində xətiblik, Əşrəfiyyə Darül-hədisində şeyxlik, əş-Şamiyyətül-Bərraniyyə mədrəsəsində müəllimlik edir. Bunlardan başqa Qəzzaliyyə, əl-Adiliyyətül-kübra, Atabəyiyyə, Məsruriyyə kimi mədrəsələrdə işləyir. Yetiştirdiyi tələbələri arasında Şəhabəddin Əhməd ibn Aybək əd-Dümyati, Cəmaləddin əl-İsnəvi, Əlaəddin əs-Səfadi, Xəlil ibn Keykəldi əl-Əlai, Zeynəddin əl-İraqi, Əbül-Məhasin əl-Hüseyni, Firuzabadi, əmisinin oğlu İbn Əbdülbər əs-Subki, Xalid ibn İsa əl-Bələvi, öz oğlanları Məhəmməd, Bahaəddin əs-Subki, Cəmaləddin Hüseyn və Tacəddin əs-Subki kimi alimlər vardır.

Dəməşqdə xəstələnən Subki qazılıq vəzifəsini oğlu Tacəddin əs-Subkiyə həvalə etdikdən sonra Qahirəyə yollanır. Qahirəyə çatdıqdan bir neçə gün sonra 3 Cəmaziyəl-axir 756-cı (15 iyul 1355) ildə vəfat edir və Babün-Nəsr qəbiristanlığında dəfn edilir.

Əsərləri

O, təxminən 140-a qədər əsər qələmə almışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Təkmilətül-Məcmu, Fətəvas-Subki, Əhadysu rəfil-yədeyn, ər-Rifdə fi məna vəhdə, Qəzaül-ərəb fi əsiləti-Hələb, Virdül-əlal fi fəhmil-iləl, əl-İbhəc fi şərhil-Minhəc və s.

Həmçinin bax

  • Bahaəddin əs-Subki
  • İbn Əbdilbər əs-Subki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təqiyyəddin əs-subki sözünün mənası, təqiyyəddin əs-subki haqqında məlumat. təqiyyəddin əs-subki nədir? təqiyyəddin əs-subki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    VI Adrian

  • Fevral 25, 2026

    San Marino

  • Mart 01, 2026

    Mossad

  • Fevral 27, 2026

    Antirevizionizm (marksizm)

  • Mart 06, 2026

    Los-Anceles Leykers

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst