Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير‎ Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerlə

Əməvi məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Əməvi məscidi

Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير‎ Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerləşir və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir.

Əməvi məscidi
ərəb. جامع بني أمية الكبير‎
Ölkə Suriya
Şəhər Şam
Yerləşir Dəməşq
Aidiyyəti Əməvilər
Tikilmə tarixi 715
Uzunluğu
  • 125 m
Eni 50 m
Minarələri 3
Günbəzləri 1
Material mərmər, daş[d]
Vəziyyəti stabil
33°30′41″ şm. e. 36°18′24″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

634-cü ildə Şam şəhərinin Ərəblər tərəfindən alınmasından sonra, Roma İmparatoru I Konstantin dövründə Yahya peyğəmbər şərəfinə tikilən Xıristiyan bazilikası, Ebu Ubeyde bin Cerrahın başçılığı ilə 635-ci ildə bəzi dəyişiklər edilərək məscid kimi istifadə edilirdi. Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadətxanası olmuş bina müsəlman əhalinin zaman keçtikcə artması ilə əlaqəli tamamilə məscidə çevrilmişdir.

Məsciddə bu gün hələ də qorunan Yahya peyğəmbərin qəbri və türbəsi kimi müqəddəs abidələri mühafizə edilir.Həmçinin məscidin içində Şiəlik üçün dəyərli əsərlər vardır. Məscidin şimal hissəsinə əlavə edilmiş balaca bir bağcada Səlahəddin Əyyubinin türbəsi tikilmişdir.

Orijinal planı ilə bu günə qədər öz gözəlliyini saxlaya bilən Şam Əməvi məscidinin tikilişindən sonra İslam dövlətlərində tikilən bütün məscidlərin memarlığına model olmuş bir binadır. Məscid memarlığına bir çox yeniliklər əlavə etmişdir.

Məscidin bitki və həndəsi motiflərilə, şəhər və bina təsvirləridən meydana gələn möhtəşəm mozaik bəzəkləri də memarlıq sənətinin tarixi üçün mühüm yer tutur. Məscidin başqa bir xüsusiyyəti də İslam aləmində ilk dəfə ümumi ayaqyolu burada tikilməsi olmuşdur.

Mündəricat

Tarixi

İsa minarəsi məscidin ən hündür minarəsidir

Bizim eradan əvvəl I əsrə aid Yüpiter adı daşıyan Roma məbədinin və Roma imparatoru Theodosiosun dövründə tikilən Yahya Peyğəmbər Kilsəsi'nin yerində tikilmişdir. Şam şəhərinin 634-cü ildə müsəlman Ərəb orduları tərəfindən tutulmasından sonra Yüpiter məbədi Ebu Ubeyde bin Cerrahın başçılığı ilə məscidə çevrilmişdir. Bu məscid kiçik olduğu üçün Əməvi Xəlifəsi I. Velid tərəfindən bugünkü böyük məscidin tikilişi başladılmışdır.

İnşaatda xəlifənin istəyi ilə Bizans imperatorunun İstanbuldan göndərdiyi ustalar işləyirdi. İnşaat 714-cü ildə tamamlandı.X əsrin tarixçilərindən biri olan İbn el-Fakih el-Hamadaninin verdiyi məlumata görə məscidin tikintisinə 600.000 ilə 1.000.000 dinar arasında pul xərclənmiş və 12.000 işçi işləmişdir.

Şəkillər

  • Məscidin qapılarından biri
    Məscidin qapılarından biri
  • I. Velid dövründən qalma mozaiklər
    I. Velid dövründən qalma mozaiklər
  • Yahya peyğəmbər türbəsi
    Yahya peyğəmbər türbəsi
  • Məscidin içi
    Məscidin içi
  • Məscidin həyəti
    Məscidin həyəti
  • Şimal tərəfdəki al-Arus (Gəlin) minarəsi məscidin ilk inşa edilən minarəsidir
    Şimal tərəfdəki al-Arus (Gəlin) minarəsi məscidin ilk inşa edilən minarəsidir
  • 1488-ci ildə tikilən qərb tərəfdəki Sultan Qayıtbay minarəsi
    1488-ci ildə tikilən qərb tərəfdəki Sultan Qayıtbay minarəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əməvi məscidi sözünün mənası, əməvi məscidi haqqında məlumat. əməvi məscidi nədir? əməvi məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şaxəndan

  • Mart 03, 2026

    Ələt-Culfa dəmiryolu

  • Mart 06, 2026

    Mənuçöhr camisi

  • Mart 06, 2026

    Sent-Etyen

  • Fevral 27, 2026

    I Vilhelm

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst