Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çedvik Aaron Bouzman (29 noyabr 1976, Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağ

Çedvik Bouzman

  • Ana Səhifə
  • Vikipediya
  • Çedvik Bouzman

Çedvik Aaron Bouzman (29 noyabr 1976, Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağa qalx" (2014) və "Marşal" (2017) kimi filmlərdə real şəxsləri canlandırmışdır. O, həmçinin "Qara pantera" (2018), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində Qara pantera rolunu canlandırması ilə məşhurdur.

Çedvik Bouzman
ing. Chadwick Boseman
Doğum adı Chadwick Aaron Boseman
Doğum tarixi 29 noyabr 1976(1976-11-29)
Doğum yeri
  • Anderson[d], Anderson qraflığı[d], Cənubi Karolina, ABŞ
Vəfat tarixi 28 avqust 2020(2020-08-28)[…] (43 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat səbəbi kolorektal xərçəng
Fəaliyyəti ssenarist, dramaturq, kino aktyoru, televiziya aktyoru, film prodüseri, səsləndirmə aktyoru[d], aktyor, rejissor
Fəaliyyət illəri 2002–2020
Təhsili
  • Hovard Universiteti[d]
IMDb ID1569276
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bouzmanın digər filmlərinə "21 körpü" (2019) və "Beş qan" (2020) filmləri daxildir. Dörd il kolorektal xərçənglə mübarizə apardıqdan sonra 43 yaşında ölmüşdür. Onun ən sonuncu filmi "Ma Reyninin qara ətəyi" 2020-ci ildə ölümündən sonra Netflix-də buraxılıb.

Mündəricat

Həyatı

Bouzman afroamerikalı cütlük Karolin və Leroy Bouzmanın oğlu kimi Cənubi Karolinanın Anderson şəhərində doğulmuş və böyümüşdür. Bouzmanın sözlərinə görə DNT testi onun əcdadlarının Syerra-Leonedən olan Krio xalqı, Nigeriyadan olan Yoruba xalqı və Syerra-Leonedən olan Limba xalqı olduğunu göstərmişdir. Onun anası tibb bacısı idi, atası isə parça fabrikində işləyirdi. Bouzman 1995-ci ildə T.L.Anna liseyindən məzun olmuşdur. Həmin illərdə ilk tamaşasını yazmış və sinif yoldaşının öldürülməsindən sonra səhnələşdirmişdir.

Bouzman Vaşinqtonda Hovard Universitetinə daxil olmuş və 2000-ci ildə rejissorluq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Müəllimlərindən biri Filisiya Raşadın dəstəyi ilə Londondakı bir proqrama qatılmışdır.

Bouzman film rejissoru olmaq istəyirdi və aktyorları daha yaxşı başa düşmək üçün özü də aktyorluqla maraqlanmağa başlamışdır. ABŞ-yə qayıdandan sonra Nyu-Yorkda Rəqəmsal Film Akademiyasından məzun olmuşdur.

Karyerasının başlanğıcından Bruklində yaşayırdı. Bouzman Şomburq təqaüdü proqramı çərçivəsində dram təlimçisi kimi işləmiş, 2008-ci ildə aktyorluq karyerası üçün Los-Ancelesə köçmüşdür.

Karyerası

Bouzmanın televiziyada ilk rolu 2003-cü ildə "Üçüncü saat" serialında olmuşdur. Həmin il o, "Mənim bütün uşaqlarım" sabun operasında Reqqi Montqomerini canlandırsa da, prodüserlər ssenaridəki irqçi streotiplər üzündən onu roldan çıxarmışdırlar. Maraqlıdır ki, onu bu rolda əvəz edən şəxs daha sonra "Qara pantera" filmində baş rolları bölüşəcəyi Maykl Cordan olmuşdur. Bouzman ilk televiziya işlərinə "Qanun və əmr", "CSI:NY" və "Təcili xidmət" serialları olmuşdur. O, həmçinin tamaşalar yazmağa davam etmiş, "Dərin azur" üçün yazdığı ssenari Çikaqoda səhnləşdirilmişdir. O, bu işinə görə 2006-cı ildə Cozef Cefferson mükafatını qazanmışdır. 2008-ci ildə "Linkoln yüksəklikləri" serialında mütəmadi oynamış və ilk filmi olan "Ekspress: Erni Devis hekayəsi" filmində oynamışdır. 2010-cu ildə "Naməlum şəxslər" serialında mütəmadi rolda oynamışdır.

Bouzmanun ilk baş rolu 2013-cü ildə çəkilmiş "42" filmi olmuşdur. O, bu filmdə beyzbol ulduzu Ceki Robinsonu canlandırmışdır. Rol üçün səs sınaqlarına gedəndən sonra aktyorluq karyerasını buraxmağı düşünürdü. Rol üçün 25 aktyor namizəd olsa da, rejissor Brayan Helgeland onun cəsarətini bəyənmiş və baş rola onu seçmişdir. 2013-cü ildə Bouzman "Ölüm dəliyi" filmində də baş rolda oynamışdır.

2014-cü ildə Bouzman "Draft günü" filmində oynamışdır. Növbəti il "Ayağa qalx" filmində Ceyms Braunu canlandırmışdır. 2016-cı ildə "Misir tanrıları" filmində Tot personajı ilə çıxış etmişdir.

2016-cı ildən başlayaraq Marvel Comics personajı Qara pantera rolunda çıxış etməyə başlamışdır. Marvel-lə 5 filmlik müqavilə imzaladıqdan sonra bu rolda ilk dəfə "Birinci qisasçı: Qarşıdurma" filmində rol oynamışdır. 2018-ci ildə "Qara pantera" filmində baş rolda çıxış etmişdir. Film böyük uğur əldə etmiş və ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində roluna davam etmişdir. Hər iki film də böyük gəlir əldə etmişdir. 2019-cu ildə "21 körpü" filmində baş rolda oynamışdır. 2020-ci ildə isə Netflix-in müharibə filmi olan "Beş qan" filmində çıxış etmişdir.

Şəxsi həyatı

Bouzman xristian kimi böyüyüb və kilsə xorunda çıxış edib. Bouzman qeyd etmişdi ki, Qara pantera roluna seçilməsi üçün tanrıya dua etmişdi.

2015-ci ildə müğənni Teylor Simon Ledvardla görüşməyə başlamış, 2019-cu ildə onunla nişanlanmış və daha sonra gizlicə evlənmişdir.

Ölümü

Bouzmana 2016-cı ildə III mərhələ kolorekral xərçəng diaqnozu qoyulmuşdur, 2020-ci ildə isə IV mərhələyə çatmışdır. Bouzman öz xəstəliyi barədə ictimai açıqlama verməmişdir. Müalicəsi zamanı digər filmlərdə rol almağa davam etmişdir. 28 avqust 2020-ci ildə evdə ailəsinin yanında ölmüşdür.

Çedvikin ölümü kino dünyasında böyük şok yaratmışdır. Marvel filmlərində onunla birlikdə çıxış etmiş Mark Ruffolo, Kris Evans, Kris Prett, Zoe Saldana, Bri Larson kimi aktyor və aktrisalar onun ölümü haqqında paylaşımlar ediblər. Onun ölümünü yad edən digər aktyor və aktirsalar arasında Duayn Conson, Maherşala Ali, Zakari Livay və başqaları olub. "42" filmində Ceki Robinson roluna görə Əsas Beyzbol Liqası da onun ölümü ilə bağlı paylaşım edib.

Filmoqrafiya

Film
İl Başlıq Rol Rejissor Qeydlər İst.
2008 Ekspress: Ervi Devis hekayəsi Floyd Littl Qeri Fleder
2012 Ölüm dəliyi Samuel Dreyk Mişa Uebli
2013 42 Ceki Robinson Bryan Helqeland
2014 Draft günü Vontae Mak İvan Reytman
Ayağa qalx Ceyms Braun Teyt Teylor
2016 Misir tanrıları Tot Aleks Proyas
Birinci qisasçı: Qarşıdurma T'Çalla / Qara pantera Antoni & Co Russo
Kraldan mesaj Cekob Kinq Fabrice Du Welz Həmçinin icraçı prodüser
2017 Marşall Turqud Marşall Recinald Hudlin Həmçinin prodüser
2018 Qara pantera T'Çalla / Qara pantera Rayan Kuqler
Qisasçılar: Sonsuzluq savaşı Antoni & Co Russo
2019 Qisasçılar: Final
21 körpü Andre Devis Brayan Kirk Həmçinin prodüser
2020 Beş qan Norman İrl "Stormin' Norm" Hollovay Spayk Li

Qeydlər

  1. Bəzi mənbələr onun doğum tarixini 1976, bəziləri 1977 kimi göstərir; daha etibarlı mənbələrə görə 1976-cı ildə doğulub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çedvik bouzman sözünün mənası, çedvik bouzman haqqında məlumat. çedvik bouzman nədir? çedvik bouzman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gorani

  • Mart 01, 2026

    Aqraveyn

  • Mart 01, 2026

    Volfqanq Ratke

  • Fevral 27, 2026

    Fransa gerbi

  • Mart 01, 2026

    İzotta Noqarola

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst