Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına g

Elxan Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elxan Quliyev

Quliyev Elxan Əlibala oğlu (02.11.1952) — Azərbaycan teatr və kino aktyoru.

Elxan Quliyev
Elxan Əlibala oğlu Quliyev
Doğum tarixi 2 noyabr 1952 (73 yaş)
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20022002"Tərəqqi" medalı — 20192019
IMDb ID2957604

Mündəricat

Həyatı

Elxan Quliyev 2noyabr 1952-ci ildə anadan olub.

1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır.

3-cü qardaş ("Yatmış gözəl və yeddi qardaş" Aleksandr Puşkin), Döyüşçü ("Qılınc və qələm" Məmməd Səid Ordubadi), Zəncirvuran ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Laldinməz polis ("Səhra yuxuları" Anar), Kaytens ("Maqbet" Vilyam Şekspir), Ata ("Anamın kitabı" C.Məmmədquluzadə), Kinto ("Xanuma" A.Saqareli), Alman oğlu ("İnsan" Səməd Vurğun), Sərkərdə Teymur ("Vaqif" S. Vurğun), Kəramət ("Fəryad" Bəxtiyar Vahabzadə), Jurnalist ("Şeyx Xiyabani" İsmayıl Əfəndiyev), Ağa Bəşir ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qarğış ("Qızıl teşt" Seyran Səxavət), Osvald ("Kral Lir" V.Şekspir), Erkin ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yarqıtay ("Dar ağacı" B.Vahabzadə), Pedro ("Kəllə" Nazim Hikmət), Mirzə Cəlil Məmmədquluzadə ("Hərənin öz payı" Xeyrəddin Qoca), Əkbər ("Rəqabət" B.Vahabzadə), Polis qonşu ("Qatil" Elçin), Zindanbaşı və Enobarb ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), İvan Kuzmiç Şpekin ("Müfəttiş", Nikolay Qoqol), vəzir ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), sədr ("Yaşar", Cəfər Cabbarlı).

Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Şərqin səhəri" (Bayram), "Sarıköynək və Valehin nağılı" (Rövşən), "6-cı palata" (Vanya), "Şöhrət və unudulan adam" (Fotoqraf), "Hacı Qara" (Səfər bəy) və s. teletamaşalarda, "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sevinc buxtası" (Elxan), "Ani dönüş" (Oqtay), "Pəncərə" (Sahə müvəkkili), "İstintaq" (Milis mayoru) filmlərində çəkilib.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Absurdistan (film, 2008) (tammetrajlı bədii film)
  2. Adam (film, 2010)
  3. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Şahin
  4. Altı nömrəli palata (film, 1994)
  5. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Oqtay
  6. Astana (film, 1986)
  7. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  8. Bəyin oğurlanması (film, 1985)
  9. Biz qayıdacağıq (film, 2007)
  10. Cavad xan (film, 2009)
  11. Günahsız Abdulla (film, 1984)
  12. Günəşim ol (teleserial, 2016)-rol: Süleyman
  13. Həkimlər (teleserial)
  14. Həmyerli (film, 1989)
  15. İstanbul reysi (film, 2010)
  16. İstintaq (film, 1979)
  17. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
  18. Qaydasız döyüş (film, 2009)
  19. Qeybdən gələn səs (film, 2002)
  20. Nə gözəldir bu dünya... (film, 1999)
  21. Pəncərə (film, 1991)
  22. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  23. Sevinc buxtası (film, 1977)
  24. Sonuncu şahid (film, 2004)
  25. Susmuş vicdan (film, 2010)
  26. Şans (film, 2004)
  27. Tələ (film, 1990)
  28. Unudulan adam (film, 1987)
  29. Yanmış körpülər (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elxan quliyev sözünün mənası, elxan quliyev haqqında məlumat. elxan quliyev nədir? elxan quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kodansha USA

  • Fevral 27, 2026

    Corco Vazari

  • Fevral 27, 2026

    Gümrah Rəhimov

  • Fevral 27, 2026

    Hela (komiks)

  • Mart 01, 2026

    VI Adrian

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst