Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayıl Mahmud oğlu Əfəndiyev (10 avqust 1910, Şamaxı – 30 may 1967, Bakı) — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1

İsmayıl Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • İsmayıl Əfəndiyev

İsmayıl Mahmud oğlu Əfəndiyev (10 avqust 1910, Şamaxı – 30 may 1967, Bakı) — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. "Səbuhi", "Fətəli xan", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir. "Arşın mal alan" (1945) filmindəki Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarındandır.

İsmayıl Əfəndiyev
Doğum tarixi 10 avqust 1910(1910-08-10)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 may 1967(1967-05-30) (56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Fəaliyyəti aktyor, kinorejissor
Mükafatları "Əmək igidliyinə görə" medalı
Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1943
IMDb ID0250549

Mündəricat

Həyatı

İsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A. M. Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Arşın mal alan"da Süleyman, "Fətəli xan"da Həmzə və "O olmasın, bu olsun"da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Bundan başqa İ. Əfəndiyev "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Ş. Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib. O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib.

O, 1946-cı ildə Təbrizə gedir və bir neçə tamaşanı səhnəyə qoyur.

1967-ci ildə vəfat edib.

Filmoqrafiya

  • Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (arxiv kadrlar) ("Məhəbbət oyunu" filmində)
  • Alagöz yaylağında (film, 1955)
  • Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
  • Arazın o tayında (film, 1947)
  • Arşın mal alan (film, 1945)
  • Azərbaycan atları (film, 1953)
  • Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
  • Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
  • Bəxtiyar (film, 1955)
  • Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
  • Əmanət kassası (film, 1950)
  • Əmək və qızılgül (film, 1962)
  • Əsl dost (film, 1959)
  • Fətəli xan (film, 1947)
  • İnsan məskən salır (film, 1967)
  • Kölgələr sürünür (film, 1958)
  • Qara daşlar (film, 1956)
  • Qızmar günəş altında (film, 1957)
  • Qüdsi (film, 2007)
  • Mavi dənizin sahilində (film, 1935)
  • Məhəbbət oyunu (film, 1935)
  • Məktuba cavab (film, 1944)
  • Nağılların Dərbəndi (film, 2006)
  • O olmasın, bu olsun (film, 1956)
  • Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942)
  • Səbuhi (film, 1941)
  • Sovqat (film, 1942)
  • Ulduz (film, 1964)
  • Üzeyir ömrü (film, 1981)
  • Vətən oğlu (film, 1941)
  • Yeni horizont (film, 1940)
  • Bir qalanın sirri (film, 1959) — film səsləndirən: Eldostu (Məmmədrza Şeyxzamanov)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsmayıl Əfəndiyev haqqında məlumat. İsmayıl Əfəndiyev nədir? İsmayıl Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ernst Abbe

  • Fevral 27, 2026

    Yelisey çölləri

  • Fevral 27, 2026

    Kuman-qıpçaq dilləri

  • Fevral 27, 2026

    Metr sistemi

  • Fevral 24, 2026

    Halikarnas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst