Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ənvər Seyidov (Seyidov Ənvər Cümşüd oğlu; 29 mart 1949, Vartaşen – 2 avqust 2025) — Azərbaycan hüquqşünası, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq tanınmış hak

Ənvər Seyidov

  • Ana Səhifə
  • Vikipediya
  • Ənvər Seyidov

Ənvər Seyidov (Seyidov Ənvər Cümşüd oğlu; 29 mart 1949, Vartaşen – 2 avqust 2025) — Azərbaycan hüquqşünası, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq tanınmış hakimi, polkovnik, hüquq elmləri doktoru, professor.

Ənvər Seyidov
Doğum tarixi 29 mart 1949(1949-03-29)
Doğum yeri
  • Vartaşen, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 avqust 2025(2025-08-02) (76 yaşında)
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Üzvlüyü
  • Azərbaycan Teatr Xadimləri İttifaqı,
  • Azərbaycan Jurnalistlər Birliyi,
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Ağsaqqallar Şurası

Mündəricat

Həyatı

Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Hərbi polkovnikdir.

1994–99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvü, təftiş qrupunun rəhbəri olmuşdur.

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008) dərsliklərinin müəllifidir.

Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru və Azərbaycan Pedoqoji Universitetinin professordur.

Ə. Seyidov "Azərbaycan Teatr Xadimləri İttifaqı"nın, "Azərbaycan Jurnalistlər Birliyi"nin, "Azərbaycan Yazıçılar Birliyi"nin və Azərbaycan Ağsaqqallar Şurasının üzvü idi.

2 avqust 2025-ci ildə vəfat edib.

Bədii yaradıcılığı

1997-ci ildən "Əsilzadələr Məclisinin" üzvüdür. "Ünvansız eşq" romanı və ssenarisinin müəllifidir.

2009-cu ildə ekranlara cıxan "Gürzə" filmi televiziya filmləri arasında 1-ci diploma layiq görülmüşdür.

İlk bədii əsəri — "Təlatüm" romanı 2008-ci ildə Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən VIII Kitab Bayramında xüsusi mükafatı qazanaraq "İlin Kitabı" elan olunmuşdur. Ə. Seyidov "Qızıl Qələm" və "Qızıl Qılınc" mükafatlarına layiq görülmüşdür. 2011-ci ildə yaradıcılıq uğurlarına görə "Rəsul Rza" mükafatı, 2018-ci ildə Türk Dünyası Beynəlxalq Araşdırmalar Elmlər Akademiyası tərəfindən Türk Dünyası elminə və mədəniyyətinə xidmətlərinə görə mükafalatlandırılmışdır. "Təlatüm", "Gürzə", "Ünvansız Eşq" və "Dələduzlar" romanları əsasında bədii televiziya filmləri çəkilmişdir.

Filmoqrafiya

  1. Canavar balası
  2. Sonuncu şahid (film, 2004)
  3. Təlatüm (film, 2006)
  4. Gürzə (2008)
  5. Ünvansız eşq (film, 2011)
  6. Dələduzlar (film, 2014)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ənvər seyidov sözünün mənası, ənvər seyidov haqqında məlumat. ənvər seyidov nədir? ənvər seyidov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fakt

  • Mart 02, 2026

    Pixar

  • Fevral 27, 2026

    Vasili Razumovski

  • Mart 05, 2026

    Entoni Kuinn

  • Fevral 27, 2026

    Pontuaz

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst