Philadelphus pubescens (lat. Philadelphus pubescens) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin hidrangeyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
| Philadelphus pubescens | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Philadelphus pubescens | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir.
Botaniki xarakteristikası
Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qoxusuz və ya bir az qoxulu olub, yarpaqlaşmış zoğlar üzərində, 5-10 ədədi bir yerdə olmaqla sıx salxımcıqlarda yerləşir. Çiçək saplağı və kasayarpaqları yumurtavari, tüklüdür. Meyvəsi iyul ayının axırında yetişir. 1800-ci ildə introduksiya edilmişdir.
Ekologiyası
Şaxtaya davamlıdır. Qidalı torpağa tələbkardır. Rütubəti çox sevmir. Bitkidə hər il budanma aparılmalıdır, bu isə birillik zoğların normal böyüməsinə və bol çiçəkləməsinə səbəb olur.
Azərbaycanda yayılması
Talış zonasında park və bağlarda rast gəlinir.
İstifadəsi
Bəzək bağçılığında bu növdən geniş istifadə edilir. Bu cür kollarda cavanlaşdırıcı budanma etmək olar.
Sinonimləri
Homotipik sinonimləri
- Philadelphus latifolius var. pubescens (Loisel.) Dippel
Heterotipik sinonimləri
- Philadelphus discolor Raf.
- Philadelphus gattingeri S.Y.Hu
- Philadelphus intectus Beadle
- Philadelphus intectus var. pubiger S.Y.Hu
- Philadelphus latifolius Schrad.
- Philadelphus latifolius var. pendulifolius Schelle
- Philadelphus niveus K.Koch
- Philadelphus pubescens var. intectus (Beadle) A.H.Moore
- Philadelphus pubescens var. verrucosus (Schrad.) S.Y.Hu
- Philadelphus rhombifolius Rehder
- Philadelphus stenopetala Carrière
- Philadelphus verrucosus Schrad.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, philadelphus pubescens sözünün mənası, philadelphus pubescens haqqında məlumat. philadelphus pubescens nədir? philadelphus pubescens nə deməkdir?
